Grinco
Mühasib
Son tarix 25 apr 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- İlkin uçot sənədlərin (müqavilə, təhvil-təslim aktı, hesab-faktura, qaimə, və s.) qəbul edilməsi, yoxlanılması və təsdiqi
- Bütün əməliyyatların mühasibat hesablarında düzgün və vaxtında əks etdirilməsi
- Əmək haqqı, məzuniyyət və son hesablaşmaların aparılması
- Mal-materialların və Əsas vəsaitlərin uçotu ( amortizasiya hesablanması və silinməsi)
- Debitor və kreditor borcların uçotunun aparılması və nəzarəti, üzləşmə aktlarının tərtibi;
- Bank əməliyyatlarının gündəlik izlənilməsi və uçota alınması, kredit əməliyyatlarına nəzarət (kredit cədvəlləri, ödəniş qrafikləri və s)
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi
- Dövlət qurumlarına (Vergi, Statistika və s.) hesabatların vaxtında təqdim edilməsi
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
- Maliyyə vəziyyəti haqqında hesabata-balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişikliklər hesabatlarının hazırlanması (əsas prioritet)
- Audit və yoxlamalar zamanı sənədlərin operativ təqdim edilməsi
- Mühasibat uçotu üzrə normativ-hüquqi aktların izlənilməsi
Tələblər:
- Müvafiq sahədə 3 il iş təcrübəsi
- Maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təcrübə (mütləqdir)
- Elektron vergi sistemləri ilə işləmə bacarığı
- 1C və ya digər mühasibat/ERP proqramlarını bilməli
- MS Excel proqramında sərbəst işləmək bacarığı
- MS Office (Word, Outlook) bilikləri
- Komanda ilə işləmək bacarığı
- Yüksək məsuliyyətlilik və detallara diqqət
- İngilis dili biliyi üstünlükdür
Biz nə təklif edirik:
- Əmək haqqı: 1000 AZN
- İş yeri: Xətai rayonu, Rövşən Əliyev 1A (Nobel otelin yanı)
- İş vaxtı: 08:30 – 17:30
- Korporativ nömrə ilə təmin edilir
- Stabil və peşəkar iş mühiti
- Hesabat yönümlü işləyənlər üçün inkişaf və yüksəliş imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Xarici satınalma üzrə aparıcı mütəxəssis
Son tarix 25 apr 2026 - - [email protected]
Vəzifə öhdəlikləri:
- Xarici təchizatçıların araşdırılması və idarə olunması
- Qiymət təkliflərinin toplanması və müqayisəsi (RFQ)
- Təchizatçılarla danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması
- Sifarişlərin A-dan Z-yə idarə olunması (sourcing → sifariş → logistika → təhvil)
- Logistika proseslərinin koordinasiyası və xərclərin optimallaşdırılması
- İdxal sənədlərinin yoxlanılması və təchizat müddətlərinə nəzarət
- Daxili komanda ilə koordinasiya və hesabatların hazırlanması
Tələblər:
- Xarici satınalma üzrə minimum 2 il təcrübə
- İngilis dili – sərbəst
- Incoterms və idxal prosesləri üzrə bilik
- Analitik düşünmə və danışıqlar bacarığı
- MS Excel və ERP sistemləri üzrə bilik
- Məsuliyyətlilik və nəticəyönümlülük
Biz nə təklif edirik:
- Əmək haqqı: 1000-1200 AZN (+ performansa görə bonus)
- İş yeri: Xətai rayonu, Rövşən Əliyev 1A (Nobel otelin yanı)
- İş vaxtı: 08:30 – 17:30
- Korporativ nömrə ilə təmin edilir
- Dinamik və beynəlxalq iş mühiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.












