Green Tech
SƏTƏM mütəxəssis
Son tarix 01 may 2025 - [email protected]
Vəzifə və öhdəliklər:
- Müəssisədə əməyin mühafizəsi işini təşkil etmək və əlaqələndirmək;
- Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görmək;
- İş yerində baş verə biləcək qəza analizini etmək, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq;
- Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
- İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə edilməsinə nəzarət etmək;
- İşçilərin əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanmasının və digər növ təlimatlandırmanın vaxtında və keyfiyyətli həyata keçməsini təmin etmək;
- Əməyin mühafizəsi üzrə tətbiq edilən yerli qanunvericilik və digər normativ hüquqi aktların tələblərini işçilərin nəzərinə çatdırmaq.
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 1 il (istehsalat üzrə)
- Sertifikat: Sahə üzrə sertifikatlara sahib olmalı - FHN şəhadətnamə və s.
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının və beynəlxalq standartların tələbləri üzrə biliklərə malik olmalı;
- Fövqəladə hallar zamanı davranış qaydalarını bilməli;
İş barədə məlumat
- İş qrafiki: 08:00-17:00 ( 6 günlük iş qrafiki, şənbə günləri iş saatı 08:00-dan 12:00-a dəkdir);
- Iş yeri Binə qəsəbəsində yerləşir;
- Gediş-gəliş şirkət tərəfindən təmin edilir;
- Nahar şirkət tərəfindən təmin edilir..
- Əmək haqqı 800 (net) manat
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SƏTƏM mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur.
Baş mühasib
Son tarix 01 may 2025 - [email protected]
Vəzifə və öhdəliklər:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirməli, ona nəzarəti, operativ məlumatları təqdim etməli, mühasibat (maliyyə) hesabatları müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etməli;
- Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfat daxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etməli;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etməli;
- Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat - maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etməli;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etməli.
Namizədə tələblər:
- Maliyyə və ya mühasibat üzrə ali təhsil;
- Analoji sahə üzrə 5 il və ya daha çox iş təcrübəsi;
- 1C 8.3 proqramında işləmə bacarığı;
- İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzu olunandır.
Digər:
- İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 – 18:00;
- Nəqliyyat: Gediş-gəliş üçün servis xidməti;
- Nahar: Şirkət tərəfindən verilir;
- İş yeri: Binə qəsəbəsi;
- Əmək haqqı 3000-3500 ( net) manat.
Uyğun namizədlər CV-lərini Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş Mühasib” şəklində göstərməyiniz xahiş olunur.