Green Plast MMC
İxracat üzrə menecer
Son tarix 26 fev 2026 - [email protected]
Abşeron rayonu, Məmmədli kəndində yerləşən “GreenPlast”MMC yə İxracat üzrə menecer axtarılır.
Vəzifə funksiyaları:
- İstixana polietilen örtüklərin, süni göl izolyasiya membranların və ləvazimatların satışını təşkil etmək üçün post sovet və s. ölkələrində distribyutorların axtarılması (fəaliyyətin əsas hissəsi ezamiyyət səfərlərində keçiriləcək)
- Yeni distribyutorlarla görüşlərin keçirilməsi, təqdimatların keçirilməsi və müqavilələrin bağlanılması
- Cari müştərilərlə işin aparılması: sifarişlərin qəbulu və vaxtında sifarişlərin icra edilməsinə, distribyutorun satış siyasətində iştirak, distribyutorun anbar qalığına nəzarət, və s.
- Distribyutorlar tərəfindən cədvəl üzrə ödənişin edilməsinə nəzarət
- Yüklənən malların ixrac sənədləşməsinin həyata keçirilməsi
- Bazarın tələbatını araşdırmaq, yeni təkliflər hazırlamaq
- Sezon və qeyri sezon vaxtlara aid proqnoz vermək
Tələblər:
- Fəal satış sahəsində ən azı 3 il təcrübə
- Satış strategiyasının hazırlanması və icrası sahəsində təcrübə
- Rus dilində yüksək səviyyədə ünsiyyət bacarığı
- Orta səviyyədə ingilis dili biliyi
- Xarici görünüşü səliqəli və işdə intizamlı olmalıdır.
İş şəraiti
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: 2000 azn + satışdan bonus
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.











