Green Life Engineering
Satınalma üzrə mütəxəssis
Son tarix 09 may 2024 - [email protected]
Tələb olunan Təhsil və təcrübə:
- Təhsil – İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi üzrə ali təhsil (Magistr dərəcəsinin olması üstünlükdür);
- İş Stajı - Ən azı 3 il davamlı olaraq İSO standartlarına uyğun işini təşkil edən, Beynəlxalq layihələrdə Baş Podratçı olan bir İnşaat Şirkətində Satınalma üzrə mütəxəssis olaraq peşəkar iş təcrübəsinin olması;
- Sertifikat – Akreditasiyası olan beynəlxalq şirkətlərdən ixtisasına uyğun setifikatları olanlara və treyninqlərdə iştirak edənlərə əlavə üstünlük veriləcəkdir.
Tələb olunan Kompüter bilikləri:
- Microsoft Office (Word, Excel, Outlook) - əla səviyyədə;
- Logo proqramını bilən namizədlərə üstünlük veriləcək;
Tələb olunan dil bilikləri:
- Azərbaycan dili - əla səviyyədə;
- İngilis dili - yaxşı səviyyədə;
Tələb olunan Bacarıqlar:
- İşini elektron ortamda qurmaq, korporativliyə və şəffaflığa üstünlük vermək bacarığına malik olmaq.
- Hər hansı xidmət və ya material, avadanlıq və s. satınalmasını aparmazdan əvvəl layihə və İş Həcmlərin araşdırmaq bacarığına malik olmaq.
- Satınalma işini aparmaq üçün internet ortamında araşdırma aparmaq bacarığına malik olmaq.
- Tədarükçülər tərəfindən təklif olunan hər hansı xidmət və ya material, avadanlıq və s. orjinallıq, keyfiyyət, təhlükəsizlik və s göstəricilər əks etdirən sənədlərini yoxlamaq və bu sənədlərin düzgünlüyünü müəyyən etmək bacarığına malik olmaq.
Vəzifə və Öhdəliklər:
- Satınalmanın təşkili:Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması, tədarükü;
- Yerli və xarici bazarın təhlili, tələb olunan araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
- Satınalma sorğularına nəzarət və yoxlanılması;
- Bazarın təhlili, tələb olunan materialların daxili bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Təchizatçıların seçimi və qiymətləndirilməsi; Qiymətlərin araşdırılması və müqaisə olunması;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Təchizatçılarla danışıqların aparılması, alternativ təkliflərin alınması, yeni təchizatçıların cəlb edilməsi;
- Təchizatçı müqavilələrinə baxılması və lazım gələrsə müvafiq dəyişiliklərin edilməsi üçün təkliflərin hazırlanması;
- Təchizatçıların vaxtında satınalma sənədlərinin təhvil verilməsinə nəzarət etmək və bu sənədlərin maliyyə ayının vaxtında bağlanışı üçün Maliyyə şöbəsinə təhvil verilməsi;
Digər şərtlər:
- Əmək haqqı: NETT olaraq 1000 AZN;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə elektron ünvanına mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.