Green City Resort & Residence
Fitness & SPA Meneceri
Son tarix 11 dek 2025 - [email protected]
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Səbail rayonu (Şıxov)
- İş qrafiki: 9 saatlıq iş rejimi, həftədə 6 gün
- Müqavilə: Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: Razılaşma yolu ilə
Vəzifə Öhdəlikləri:
- Fitness & SPA mərkəzinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
- Müştərilərin qarşılanması, qeydiyyatı və xidmətlərlə bağlı məlumatlandırılmasının təmin edilməsi;
- Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət keyfiyyətinə daimi nəzarət;
- Qonaqların gözləntilərinin qarşılanmasına şəxsən nəzarət və yüksək səviyyəli xidmətin təmin edilməsi;
- Zal və avadanlıqların səliqə, təhlükəsizlik və istifadəyə hazır vəziyyətdə saxlanılmasına nəzarət;
- Təlimçi və digər heyətin iş qrafikinin və fəaliyyətinin səmərəli idarə edilməsi;
- Komandanın inkişafı, motivasiyası və peşəkar mühitin formalaşdırılması;
- Yeni üzvlərin cəlb olunması üçün satış və marketinq təşəbbüslərində iştirak;
- SPA və Fitness gəlirlərinin artırılmasına yönəlik xidmət paketləri və kampaniyaların hazırlanması;
- Reklam və PR şöbəsi ilə birgə tanıtım və təşviqat fəaliyyətlərinin aparılması;
- Gəlirlərin, xərclərin və inventarların uçotuna nəzarət və müvafiq hesabatların hazırlanması;
- Hotel daxilində digər şöbələrlə səmərəli əməkdaşlıq.
Namizədə Tələblər:
- Fitness və / və ya SPA sahəsində minimum 2–3 il idarəetmə təcrübəsi (mütləq şərtdir);
- Azərbaycan və ingilis dilləri – yüksək səviyyədə, rus dili – mütləq;
- Ali təhsil (idman, menecment və oxşar sahələrə üstünlük verilir);
- Kompüter və ofis proqramlarından sərbəst istifadə bacarığı;
- Micros POS sistemi biliyi üstünlükdür;
- Yüksək ünsiyyət, liderlik və problem həll etmə bacarıqları;
- Satış yönümlü və nəticə fokuslu iş prinsipi;
- Aktiv, enerjili, pozitiv və məsuliyyətli iş yanaşması;
- Xoş görünüşlü və komanda ilə işləmə bacarığı;
- Qadın namizədlərə üstünlük veriləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 051 882 97 29













