Green City Resort & Residence
Əmək haqqı üzrə mühasib
Son tarix 09 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
- Məzuniyyət haqları, xəstəlik vərəqəsi üzrə ödəmələr, mükafat və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sisteminə işlənməsi;
- Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
- İşçilərin əmək haqqı ilə bağlı suallarının cavablandırılması;
- Əmək haqqı ilə bağlı dövlət qurumları tərəfindən tələb olunan sənədlərin hazırlanması və sualların cavablandırılması;
- 1C 8.3 proqram təminatında əmək haqqı modulunun qurulmasında yaxından iştirak və əmək haqları üzrə bütün əməliyyatların proqrama işlənməsi, müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
- Təhtəlhesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;
- Baş mühasib tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə dair tələblər
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;
- 1C 8.3 proqramının müvafiq modulunda mükəmməl işləmək bacarığı;
- Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);
- Yüksək səviyyədə MS Excel bilikləri;
- Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilməli;
- Problemləri həll etmə bacarığı olmalıdır;
- PMS, ACCA, CİMA sertifikatlarının olması arzuolunandır.
İş şəraiti və təminat
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq;
- Nahar və nəqliyyat xidməti ilə təminat;
- İş rejimi: 6 günlük, şənbə - qısaldılmış iş saatı.
- İş yeri: Salyan şossesi, 14 km. Baş Gömrük İdarəsinin yanı.
Digər tələblər
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərlər.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.