Green City Resort & Residence
Baş Mühasib
Son tarix 03 fev 2026 - [email protected]
İş yeri: Green City Resort Residence
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarının tam və effektiv idarə olunması;
- Mühasibat uçotu haqqında qanunvericiliyə uyğun uçot siyasətinin formalaşdırılması və tətbiqi;
- Hesablar planının və ilkin uçot sənədlərinin hazırlanması və təsdiqlənməsi;
- Mühasibat uçotunun səmərəli təşkili və müasir hesablama texnologiyalarının tətbiqi;
- Pul vəsaitlərinin, əmtəə-maddi dəyərlərin və əsas vəsaitlərin tam və düzgün uçotunun aparılması;
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin dəqiq uçotunun təmin edilməsi;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Büdcənin hazırlanması, icrasına nəzarət və büdcə–fakt müqayisələrinin aparılması;
- Pul axınlarının (Cash Flow) planlaşdırılması və nəzarəti;
- Vergi və DSMF ödənişlərinin düzgün hesablanması və vaxtında ödənilməsinin təmin edilməsi;
- Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi;
- Maliyyə-təsərrüfat əməliyyatları üzrə sənədləşmənin qanunvericiliyə uyğun aparılmasına nəzarət;
- Vergi, DSMF və Statistika hesabatlarının vaxtında hazırlanması və təqdim edilməsi;
- Daxili maliyyə nəzarət və audit mexanizmlərinin qurulması və icrası;
- Bank əməliyyatları, kreditlər, lizinq və maliyyə institutları ilə işin təşkili;
- Müqavilələrin (icarə, satınalma, xidmət və s.) maliyyə baxımından yoxlanılması;
- İnventarizasiya proseslərinin təşkili və nəzarəti;
- Xarici və daxili audit proseslərində iştirak və koordinasiya;
- Mühasibatlıq komandasının idarə olunması və iş prosesinə rəhbərlik.
Tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahə üzrə);
- Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür);
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (Hotel / Resort / Residence / Retail / FMCG sektorlarında təcrübə üstünlükdür);
- Mühasibatlıq proqramları üzrə yüksək biliklər (1C 8.3, Excel);
- IFRS bilikləri;
- ACCA, CFA üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
- Vergi qanunvericiliyi və maliyyə analizi üzrə güclü biliklər;
- Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarıqları;
- Yüksək təşkilatçılıq, məsuliyyət və diqqətlilik;
- Komanda ilə işləmək və rəhbərlik bacarığı;
- Məsuliyyət və məxfilik prinsiplərinə riayət.
İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir; (2000 azn və üzəri əmək haqqı)
- Servis, nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur;
- Karyera inkişafı və uzunmüddətli əməkdaşlıq imkanı;
- Stabil və böyüyən layihədə çalışma imkanı;
- Rəhbərliklə birbaşa işləmək və strateji qərarlarda iştirak imkanı.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya 051 882 97 29 əlaqə nömrəsinə göndərə bilərlər.











