Green City Resort & Residence
İnsan Resursları üzrə Baş Mütəxəssis / Menecer
Son tarix 22 noy 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Səbail rayonu (Şıxov)
- İş qrafiki: 09:00 – 18:00
- Müqavilə: Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: 1500-2000 AZN
Əsas vəzifə öhdəlikləri:
- HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
- Kadr tələbinin planlaşdırılması, vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
- İşə qəbul və oriyentasiya planının hazırlanması və həyata keçirilməsi;
- İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən edilməsi, təlimlərin təşkili;
- Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və tətbiqi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- Əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması və Elektron Hökumət Portalına daxil edilməsi;
- Sosial sığorta şəhadətnamələrinin sifariş olunması, icbari sığortaların həyata keçirilməsi;
- Məzuniyyət qrafiklərinin, işə qəbul, xitam, məzuniyyət, ezamiyyə və digər əmrlərin hazırlanması;
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə prosesinin düzgün aparılmasına nəzarət;
- İşçilərin davamiyyət uçotunun aparılması, hesabatların hazırlanması;
- İşçi axıcılığının səbəblərini müəyyənləşdirmək və azaldılması üçün tədbirlər görmək;
- İnsan resursları departamentinə aid aylıq, rüblük, illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Dövlət orqanlarına təqdim olunacaq hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası;
- İşçi münasibətlərində korporativ etikanı qorumaq və rəhbərlik, şirkət mənafelərinin təmin edilməsinə nəzarət.
Namizədə tələblər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarə olunması, funksiyaları və prosedurları haqqında geniş biliyə sahib olmalı;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- ERP və MS Office proqramlarını sərbəst istifadə bacarığı;
- Ali təhsil (menecment, psixologiya, hüquq, insan resursları, mühasibat və ya iqtisadiyyat üzrə);
- İnsan resursları sahəsində azı 5 il iş təcrübəsi;
- İngilis dili biliyi arzuolunandır;
- Yaş həddi: 27–50;
- Dəqiqlik, məsuliyyət, öyrənməyə həvəs və güclü təşkilatçılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Word və ya PDF formatında, mövzu hissəsində “İnsan Resursları üzrə Baş Mütəxəssis / Menecer” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 051 882 97 29