Grandtek
Satış meneceri
Son tarix 17 avq 2025 - [email protected]
İşin təsviri:
GRANDTEK MMC elektrik məhsullarının satışı sahəsində təcrübəli və enerjili Satış Meneceri axtarır. Bu vəzifədə siz müştərilərlə effektiv ünsiyyət quraraq onların ehtiyaclarını müəyyən etməli, məhsullar haqqında ətraflı məlumat təqdim etməli və satış proseslərini yüksək səviyyədə icra etməlisiniz.
Vəzifə öhdəlikləri:
- Müştərilərin istək və ehtiyaclarını düzgün təhlil etmək və uyğun həllər təklif etmək;
- Potensial alıcıları cəlb edərək onları real müştəriyə çevirmək;
- Mövcud müştərilərlə davamlı əlaqə saxlamaq və yeni müştəri bazası formalaşdırmaq;
- Elektrik məhsulları haqqında dolğun və düzgün məlumat təqdim etmək;
- Malların təslimi və ödənişlər zamanı yarana biləcək problemləri operativ şəkildə həll etmək;
- Satışdan sonrakı prosesi izləmək və müştəri məmnuniyyətinə nəzarət etmək;
- Salon və ya satış nöqtəsinin daim səliqəli və təqdimata hazır vəziyyətdə saxlanmasını təmin etmək;
- Təmsil olunan brendləri və məhsul kolleksiyalarını təqdim etmək.
Namizəddən tələblər:
- Yaş: 25–35 yaş aralığında;
- Təhsil: Orta və ya ali təhsil (texniki yönümlü olması üstünlükdür);
- Dillər: Azərbaycan dili (rus dili arzuolunandır);
- Elektrik məhsullarının satışı üzrə ən azı 2 il iş təcrübəsi;
- Elektrik məhsulları üzrə bilik və təcrübə mütləqdir;
- Yüksək ünsiyyət və inandırma bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Şəxsi avtomobilin olması mütləqdir.
- Amortizasiya və yanacaqla təmin edilir
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, Əhməd Rəcəbli küçəsi 46B
- İş qrafiki: 6 günlük rəsmi iş qrafiki (09:00–18:00)
- Əmək haqqı: 1000 AZN + bonuslar (namizədin təcrübə və bacarığına əsasən)
- Digər: Korporativ nömrə və mobil paket təqdim olunur
Müraciət:
- CV-lərinizi “Satış üzrə menecer – GRANDTEK MMC” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: