“Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.
“Grand Motors” MMC istehsalçının zavodlarında təlim keçmiş yüksək ixtisaslı personalla 24 saat operativ, mobil və stasionar servis xidməti həyata keçirir. Şirkət müştərilərinə keyfiyyətli servis xidməti üçün öz personalını təmsil etdiyi şirkətlərin zavodlarında, təlim mərkəzlərində mütəmadi olaraq kurslara göndərərək, onların ixtisas dərəcələrini artırır. Eyni zamanda, nasaz olan texnikaları müştərilərin ərazilərində də təmirini təmin etmək üçün servis mərkəzində mobil səyyar qruplar yaradılmışdır.
Vəzifə: Hüquqşünas
Əsas vəzifə öhdəlikləri:
- Şirkət fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, rəylərin verilməsi
- Şirkət daxilində hüquqi təminat, ekspertiza və təhlil işlərinin aparılması
- Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
- Hüquqi şəxslərin, filialların qeydiyyat işlərinin, müvafiq dəyişikliklərin aparılması və qeydiyyata alınması
- Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
- Xarici hüquqi şəxslərlə bağlanılan müqavilələrin və eləcə də digər müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin tərtib edilməsi
- Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası
Namizədə dair tələblər:
- Ali hüquqi təhsil (BDU, ARPDİA və ya Aviasiya)
- İxtisas üzrə praktiki iş təcrübəsi – ən azı 1 il
- Konstitusiya, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası tərəf çıxdığı beynəlxalq müqavilələr üzrə biliklər
- Şirkətlər nizamnaməsi, inzibati xətalar məcəlləsi, cinayət məcəlləsi üzrə
- Əmək qanunvericiliyi və normativ – hüquqi aktlar üzrə biliyə və təcrübəyə malik olmaq
- Dil bilikləri: Azərbaycan dili(əla), İngilis dili(əla), Rus dili (arzuolunandır)
İş şərtləri:
- Ünvan: Yasamal r-nu, Mətbuat pr. 28/30
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30, Şənbə : 10.00 – 16.00
- Əmək haqqı: 600 azn net
QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquqşünas” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Position: Lawyer
Key responsibilities:
- To ensure the legality of the company's activities
- Preparation of contracts and other legal documents, giving opinions
- Carrying out legal support, expertise and analysis within the company
- Protection of the company's legal interests in courts, government agencies and private institutions, as well as the conduct of court proceedings and enforcement of court decisions
- Registration of legal entities, branches, making relevant changes and registration
- To take appropriate measures to ensure the execution of decisions related to lawsuits filed in court
- Carrying out legal examination of contracts concluded with foreign legal entities, as well as other agreements and drawing up a legal opinion
- Participation in the preparation of internal corporate acts, orders, instructions, rules and procedures, regulations, their legal expertise
Requirements for the candidate:
- Higher legal education (BSU, ARPDIA or Aviation)
- Practical work experience in legal area - at least 1 year
- Knowledge of the Constitution, laws of the Republic of Azerbaijan and international agreements
- Knowledge of code of administrative offenses, the criminal code
- Knowledge and experience of labor legislation and normative legal acts
- Language skills: Azerbaijani (excellent), English (excellent), Russian (desirable)
Working conditions:
- Address: Yasamal district, Metbuat ave. 28/30
- Monday - Friday: 8:30 - 17:30, Saturday: 10.00 - 16.00
- Salary: 600 azn net
NOTE: According to the recruitment procedure, the selection of a candidate for the vacancy is based on testing and an interview consisting of several stages.
Please send your CV to [email protected] with “Lawyer” in the subject line.