Grand Motors Company
Məhsul Menecerinin Assistenti
Son tarix 07 may 2023 - [email protected]
“Grand Motors Company” olaraq yeni məzunlar üçün əla fürsətlə qarşınızdayıq!
“Grand Motors Company” kənd təsərrüfatı və tikinti texnikalarının Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirən aparıcı şirkətlərdən biridir. Şirkətin fəaliyyət istiqamətlərinə ehtiyat hissələrinin təchizatı və satış sonrası xidmət də daxildir.
Hal-hazırda şirkətimizdə Məhsul Menecerinin Assistenti pozisiyası mövcuddur.
Öz kommunikasiya bacarıqlarına güvənən, bizimlə birgə inkişaf etmək istəyən, ingilis dili upper-intermediate və üzəri olan gənclərimizin hər biri müsabiqəmizdə iştirak etməyə dəvətlidir.
Sizinlə birgə hansı işləri həyata keçirəcəyik:
- Tender araşdırmalarında dəstəyin göstərilməsi;
- Xarici istehsalçılar ilə daimi kommunikasiyada olmaq;
- Məhsul üzrə satışın stimullaşdırılması üçün təlimlərdə təşkilatçılıq edilməsi;
- Sifariş blanklarının hazırlanması və müvafiq şəxslərin imzasına təqdim edilməsi.
Biz nə təklif edirik?
- Zəngin təcrübə və gələcək iş həyatında sizə dəyər qatacaq praktiki biliklər;
- Real iş mühitində işləmək imkanı;
- Təlim və inkişaf imkanları;
- Bizimlə birlikdə karyera qurmaq imkanları;
- Əmək haqqı: 500-600 AZN;
- Servis xidməti;
- Nahar şirkət tərəfindən təmin edilir.
Peşəkar karyeranızda ilk addımları bizimlə birgə atmağa tələsin!
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Qeyd olunan ünvana CV-lərinizi göndərə bilərsiniz.
Korporativ satış üzrə assistent
Son tarix 07 may 2023 [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Şəxsi inkişafa meyilli, nəticə üçün işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Satış sahəsində minimum 1 illik iş təcrübəsi;
- Azərbaycan dilini səlis,rus dilini bilməsi üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Xidmətin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
- Potensial müştərilərlə qiymət təkliflərinin və satış şərtlərinin razılaşdırılması
- Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
- Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
- Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
- Satışdan sonra müştərilərlə əlaqə saxlayıb onlardan rəylərin alınması və müştəri məmnuniyyətinin yoxlanılması;
- Müştəri narazıçılıqlarının ətraflı dəqiqləşdirilməsi və ehtiyyac olduğu halda müfaviq şöbələrə yönləndirilməsi;
- Satışın artırılması üçün mövcud müştərilərlə məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
- Müştəri narazılıqlarının idarə edilməsi
- Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 500-700AZN + satışdan bonus;
- İş qrafiki :5 gün tam,şənbə günləri növbəli iş rejimi tətbiq olunur;
- İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış üzrə assistent” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Korporativ satış üzrə mütəxəssis
Son tarix 07 may 2023 [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və ehtiyat hissələrin satışını həyata keçirilməsi
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Ziyarət nəticələrinin izlənilməsi
- Sifarişlərin icra olunması
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Müştəri ödəmələrinin izlənilməsi
Namizədə dair tələblər:
- Ali təhsil (Satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi arzuolunandır)
- İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması (Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə üstünlükdür)
- Yaş həddi - 27-40
- Şəxsi avtomobil (B,BC kateqoriya sürücülük vəsiqəsi)
- Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli, Ingilis dili arzuolunandır
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli
- Müştəriyönümlü satış etmək bacarığının olması
- Liderlik keyfiyyətlərinə malik olmalı
İş şərtləri:
- 5 günlük tam iş qrafiki (Şənbə günləri bir neçə həftədən bir olmaqla növbəli iş rejimi tətbiq olunur)
- Iş saatları 08:30-17:30 (Şənbə günləri natamam)
- Əmək haqqı: 1000 AZN + satışdan bonus.
- Korporativ nömrə, yanacaq şirkət tərəfindən təmin edilir
- İş ünvanı: Binəqədi şossesi, Mədən küçəsi 4 (Xırdalan)
Maraqlanan namizədlər mövzu yerində “Korporativ Satış üzrə mütəxəssis” yazmaqla öz CV-lərini göndərə bilərlər.