Grand Motors Company
Korporativ Satış üzrə Mütəxəssis
Son tarix 01 yan 2024 - [email protected]
Namizədə dair tələblər:
- Ali təhsil (Satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi arzuolunandır);
- İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması (Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə üstünlükdür);
- Yaş həddi - 27-40;
- Şəxsi avtomobilin olması üstünlükdür;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dilləri arzuolunandır;
- MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı;
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli;
- Müştəriyönümlü satış etmək bacarığı olmalı;
- Liderlik keyfiyyətlərinə malik olmalı.
Əsas vəzifə öhdəlikləri:
- Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Xidmətlərin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
- Potensial müştərilərlə qiymət təkliflərinin və satış şərtlərinin razılaşdırılması;
- Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
- Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusu hazırlanması;
- Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
- Satışdan sonra müştərilərlə əlaqə saxlayıb onlardan rəylərin alınması və müştəri məmnuniyyətinin yoxlanılması;
- Müştəri narazılıqlarının ətraflı dəqiqləşdirilməsi və ehtiyac olduğu halda müvafiq şöbələrə yönləndirilməsi;
- Satışın artırılması üçün mövcud müştərilərlə, məhsullarla bağlı çarpaz təkliflərin hazırlanması;
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
- Müştəri narazılıqlarının idarə edilməsi;
- Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
İş şərtləri:
- Əmək haqqı: 1500 – 1700 AZN + satışdan bonus;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı).
Maraqlanan namizədlər mövzu yerində “Korporativ satış üzrə mütəxəssis” yazmaqla öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.