Grand Motors Company
Xarici satınalma mütəxəssisi
Son tarix 22 sen 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
- Azərbaycan dili səlis, rus və ingilis dilini əla səviyyədə bilməli;
- Microsoft Excel proqramını yüksək səviyyədə bilməli;
- Satınalma sahəsi üzrə sertifikatların olması üstünlükdür;
- “İncoterms” qaydaları üzrə biliklərə sahib olmalı.
Vəzifə öhdəlikləri:
• Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
• Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
• Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
• Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
• Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa, daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
• Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətlərin, texniki şərtlərin və çatdırılma tarixlərinin müqayisə edilməsi;
• Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişlərin nəzərdən keçirilməsi;
• Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1463 – 1940 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
- Servis xidməti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xarici Satınalma Mütəxəssisi” yazaraq ünvanına göndərmələri xahiş olunur.