Grand - Agro İnvitro
Yuma Operatoru
Son tarix 20 fev 2025 - Müraciət et
Təsvir
- Çirkli bankalar, yeşiklər və digər avadanlıqların yuyulma otağında prosedur və təlimatlara uyğun şəkildə boşaldılmasını, yuyulmasını və müvafiq otaqlara yığılmasını təmin etmək
- Təmizlənmiş qablar haqqında gündəlik hesabat vermək
- Yuma otağı və yuma masasının hər zaman təmiz və səliqəli olmasını təmin etmək
- Çıxarılan etiketlərin, tullantı qida kütlələrinin və zibillərin müvafiq şəkildə uzaqlaşdırlmasını təmin etmək
- Yuma hesabatlarını hazırlamaq
- Səlahiyyətli şəxslərin xəbərdarlıqlarına və verilən iş tapşırıqlarına əməl etmək
- Yuma prosesində müvafiq geyim və avadanlıqlardan istifadə etmək
- Laboratoriya daxilindəki avadanlıqları təhlükəsizlik qaydalarına uyğun şəkildə istifadə etmək
- Laboratoriyada çoxaltmanın fasiləsizliyinin təmin olunması üçün ehtiyac duyulan material və avadanlıqlar müəyyən edildikdə, çatışmazlıqlar haqqında Hazırlıq üzrə Mütəxəssisə məlumat vermək
- İşçilərin səhvindən irəli gələn inventar itkiləri üzrə akt tərtib olunması məqsədi ilə səlahiyyətli şəxsə məlumat vermək
Tələblər
- İbtidai, ümumi orta təhsil
- Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarığı
- Komanda ilə işləmək bacarığı
Vakansiya haqqında
- Son tarix mart 1, 2025
- Vakansiya növü Tam ştat
Satış və marketinq üzrə kiçik mütəxəssis
Son tarix 20 fev 2025 Müraciət et
Təsvir
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkil edilməsi
- Mövcud müştərilərlə danışıqların aparılması, məhsul və xidmətlər barəsində müştərilərin məlumatlandırılması
- Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlərin aparılması və hesabatların hazırlanması
- Müştərilərə göndərilən təkliflərin izlənilməsi və müştərilər ilə danışıqların aparılması
- Satışlara və Debitora nəzarətin olunması
Tələblər
- Ali təhsil
- Satış və ya marketinq sahəsində 1 il təcrübə
- Ana dilində səlis danışıq
- Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı
- Məlumatların və hesabatların təqdimatı bacarığı
- Ünsiyyətcil və komandada işləmək bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
Vakansiya haqqında
- Son tarix mart 1, 2025
- Vakansiya növü Tam ştat