Grand - Agro İnvitro
Satış və Marketinq üzrə Kiçik Mütəxəssis
Son tarix 01 may 2026 - [email protected]
İş yeri: Türkan qəsəbəsi
Şirkət haqqında:
Şirkətimiz aqrar sahədə fəaliyyət göstərir. Əsas istiqamətlərimiz bitkiçilik, ting istehsalı və laboratoriya şəraitində bitkilərin yetişdirilməsidir. Fermerlərə və müştərilərə keyfiyyətli məhsul və xidmət təqdim etməyi hədəfləyirik.
Əsas vəzifələr:
- Satışın təşkili və müştəri əlaqələrinin qurulması
- Yeni müştərilərin cəlbi
- Bazar araşdırması və marketinq fəaliyyətlərində iştirak
- Sosial media aktivliyinin təmin olunması
- Satış hesabatlarının hazırlanması
Tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Satış və marketinq sahəsində, xüsusilə aqrar sahədə təcrübə və bilik
- Aqrar sahəyə maraq üstünlükdür
- Ünsiyyət və təqdimat bacarıqları
- MS Office bilikləri
- Azərbaycan dili sərbəst, digər dillər arzuolunandır
Təklif edirik:
- İnkişaf və təlim imkanı
- Əmək haqqı + bonus
- Karyera yüksəlişi
Müraciət:
CV-nizi “Satış və Marketinq üzrə Kiçik Mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.












