GP Stock Feed
İstehsalat rəisi
Son tarix 16 okt 2022 - [email protected]
Departament: İstehsalat şöbəsi
Hesabatlar kimə verilir: AYEF müdiri
Hesabatlar kimdən alınır: Fabrik operatoru, kimyəvi qatqı işçisi, Paketləmə işçisi.
Əsas Vəzifə Öhdəlikləri:
- Hesabatların aparmaq və təqdim etmək qaydaları;
- Elektrotexnikanın nəzəri əsasları;
- Xammal və enerji sərfiyyatına qənaətedici texnologiyalar;
- Avadanlıqlar, alətlər və mexaniki qurğular barədə biliklər, hərəkət, işıq, enerji almaq, texnoloji və digər məqsədlər üçün onlardan istifadə;
- Biznes və təşkilati planlaşdırma, əlaqələndirmə və icra işləri ilə bağlı prinsip və proseslər (strateji planlaşdırma, resursların bölüşdürülməsi, işçi qüvvəsinin modelləşdirilməsi, liderlik texnikası və istehsal metodları);
- Fizika prinsipləri, qanunlar və praktiki məsələlər, o cümlədən hava, su, maddələrin dövriyyəsi, işıq, istilik, elektrik nəzəriyyəsi;
- İstehsal üçün tələb olunan materiallar, metodlar və müvafiq alətlər barədə biliklər;
- Riyaziyyat və informasiya texnologiyası;
- Kompüter texnikası və proqram təminatı, o cümlədən onlardan istifadə və internet barədə biliklər;
- Kollektiv təhlükəsizlik;
- Kadrlar və ictimai təminat, təhlükəsizlik tədbirləri, qaydaları və normaları, ehtiyat və profilaktik tədbirlər, insanların, məlumatların və əmlakın mühafizəsi barədə biliklər;
- Büdcə tərtibi və mühasibatlıq;
- Büdcə və mühasibatlıq prinsipləri və təcrübəsi barədə biliklər;
- Təchizat və daşımalar;
- Nisbi xərclər, məhdudiyyətlər insanların və malların yerləşdirilməsi və saxlanması metodları barədə biliklər.
- İstehsal proseslərini həyata keçirmək üçün istehsalat tapşırıqlarını hazırlamaq;
- Plan tapşırıqlarının yerinə yetirilməsi üsullarını müəyyənləşdirmək;
- İstehsalat sahələrinin xammal və materillarla təchizatının təmin edilməsini təşkil etmək;
- İstehsalat sahəsində aparılan texnoloji proseslərin ardıcıllığını hazırlamaq;
- Satış şöbəsinin ehtiyacına uyğun olaraq istehsal planını hazırlamaq;
- Müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalının vaxtlarının qrafikini tərtib etmək;
- İşçi qüvvəsi, avadanlıq, xammal və ərazidən maksimum səmərəli istifadə etmək qaydalarını hazırlamaq;
- İşin həcmini və material tələbini hesablanmaq (layihə, faktiki iş əsasında);
- Material sifarişlərini vermək və material təchizatının kalkulyasiyalarını hesablamaq;
- İşlərin xronometraj olunmasını həyata keçirmək;
- İşçilərin növbə cədvəllərini düzgün tərtib etmək.
- Yem hazırlanma prosedur qaydalarını bilmək.
- Hazır yem məhsullarının saxlanması və gigiyenik qaydaların tələblərini bilmək.
- Təkrar emal prosedurunu hazırlamaq.
- Daxili qayda qanunlara riayət etmək.
- Rəhbərliyin tapşırdığı digər işləri yerinə yetirir.
- Yem emalı standartlarını bilmək
- Yeni sistemlər yaratmaq və inkişaf etdirmək, şirkət üçün perspektivlər və yeni imkanları təmin edən iş funksiyaları yaratmaq və təklif vermək.
- Keyfiyyətə nəzarət, Satış və anbar şöbələr ilə qarşılıqlı şəkildə işləmək.
Tələblər:
- Təhsil: Ali təhsil (Bakalavr)
- Təcrübə: 5 ildən çox
- Sertifikatlar : Tələb olunmur
- Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır
- İT üzrə biliklər: MS Office, Scada, ERP.
Texniki bacarıqlar:
Səriştəlilik
- Əməkdaşlar ilə ünsiyyət qurmaq bacarığı
- Hadisələri təhlil etmək
- Qərar qəbul etmək
- Planlama və təşkilatçılıq
- Komanda işinin təşkili.
Əmək haqqı:1200-1600
İş yeri:Ağdaş rayon Ləki qəsəbəsi, Binələr kəndi.
İş Qarafiki: 5-günlük
Nahar:Şirkət tərəfindən verilir