Göygöl Şərab Zavodu ASC
Əmək haqqı üzrə mühasib
Son tarix 23 may 2024 - [email protected]
Əmək funksiyası:
- Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək;
- Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin etmək;
- Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək.
- Əmək haqqı kartlarının sifariş olunması
- DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işlənməsi;
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır;
- Vahid rüblük hesabatın (DSMF) və statistika hesabatlarının təqdim olunması.
- İşçi məlumatlarının düzgün axını və saxlanmasını təmin etmək müvafiq şöbə/departamentlər arasında koordinasiya cavabdeh olmaq (o cümlədən ətraflı hesabatların hazırlanması/paylanması, məsələn, iş saatları, əlavə iş, məzuniyyət balansları, işçilərin sayı və s.);
- Əmək haqqı, şirkətin kadrlar büdcəsi və xərcləri haqqında müvafiq departamentə hesabat vermək üçün məlumatları hazırlamaq;
- Əmək haqqı və tabel cədvəli üzrə audit fəaliyyətlərində köməklik göstərmək;
Tələblər:
- Ali təhsil ;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- MS Office və 1C proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər;
- Azərbaycan Respublikasının Vergi Qanunvericiliyi üzrə biliklər;
- Elektron Hökümət Portalı üzrə biliklər;
- Əmək haqqının hesablanması üzrə praktiki biliklər;
- Əmək haqqı işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi üzrə biliklər.
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Əmək haqqı üzrə mühasib” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.
İstehsal və material üzrə mühasib
Son tarix 23 may 2024 [email protected]
Əmək funksiyası:
- İstehsalın mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmərilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
- Məhsulların reseptura maya dəyərinin hesablanması və faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
- Aylıq faktiki göstəricilərin (istehlak və itki) plan göstəriciləri ilə müqayisəsi;
- Aylıq istehlak olunan məhsulların maya dəyərinin düzgün formalaşmasını təmin etmək və 1C fərqlərin nəzarəti;
- İstehsalat işçilərinin əmək haqqının və kommunal xərclərin müəyyən edilməsi və sistemə daxil edilməsi;
- Aylıq istehsal olunan məhsulların tam maya dəyərinin system üzərindən formalaşdırılmasına nəzarət;
- Sistemdə istehsal sahələri tərəfindən yazılan əməliyyatları mütəmadi olaraq yoxlamaq və sənədləri təqdim etmək;
- Gündəlik istehsalla bağlı maliyyə sualların cavablandırılması;
- Mühasibat sənədlərinin olduğu kimi saxlanmasını təmin etmək, müəyyən edilmiş qaydada arxivə təhvil vermək;
- Təchizat tərəfindən təmin olunan mal materialların, anbara təhvil verilməsi proseduruna nəzarət, 1C üzərindən dəyərlərin və sayların son sənədlərlə üzləşdirilməsi və fərqlərin aradan qaldırılması
- Rəhbərliyin istehsal və mal material mühasibatlığı üzrə digər tapşırıqlarınıın yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil (iqtisadi/maliyyə sahələrdə olması vacibdir);
- İstehsalat üzrə mühasib kimi minimum 2 il təcrübə;
- Azərbaycan dilini mükəmməl bilməli;
- 1C və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Yerli və beynəlxalq maliyyə/mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “İstehsal və material üzrə mühasib” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.