Göygöl Şərab Zavodu ASC
Planlaşdırma və büdcə şöbəsi mütəxəssisi
Son tarix 08 mar 2024 - Müraciət et
Əmək funksiyası:
- Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən qısa, orta və uzunmüddətli proqnozların hazırlanması;
- Keçmiş maliyyə məlumatları, bazar tendensiyaları və gələcək biznes planları əsasında maliyyə proqnozlarını hazırlamaq;
- Maliyyə modellərinin hazırlanması və mütəmadi olaraq yenilənməsi;
- Plan/fakt analizlərin aparılması və fərqlərin araşdırılması;
- Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti;
- Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə yeniliklərin təklif edilməsi;
- Təşkilatın göstəricilərinin yenilənməsi, modelləşdirilməsi və göstəriciləri təkmilləşdirmək üçün təkliflərin verilməsi;
- Biznesin maliyyə və əməliyyat data bazasını davamlı və daha sürətli etmək üçün müəyyən departamentlərlə birlikdə proseslərin idarə edilməsində iştirak etmək;
- Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə maliyyə və əməliyyat göstəricilərin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.
Tələblər:
- Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
- “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
- “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Planlaşdırma və büdcə şöbəsi mütəxəssisi” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.
Maliyyə İdarəsinin Rəisi
Son tarix 08 mar 2024 Müraciət et
Əmək funksiyası:
- Maliyyə və digər resurslardan qənaətlə istifadə edilməsinə nəzarət;
- İllik, aylıq büdcənin hazırlanmasını təşkil etmək;
- Büdcə ilə faktiki göstəricilərin təhlil edilməsi;
- Statistika, Vergi hesabatlarının (Mənfəət, ÖMV, ƏDV,Əmlak, DSMF və s) təqdim edilməsi;
- Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət edilməsi;
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsini təşkil edilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
- Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət edilməsi;
- Həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və müəssisənin öhdəliklərinə nəzarəti təmin edir;
- Şirkətin icmal balansı və balansdankənar hesabatlarının hazırlanmasına və təhlilinə rəhbərlik edir;
- Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir;
- Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumatın verilməsini təmin edir
- Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir;
- Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır;
- Maliyyə idarəsinin fəaliyyətini tənzimləyən qayda və prosedurların hazırlanmasını təmin edir.
Tələblər:
- Tələb olunan vəzifə üzrə minimum 5 (beş) il iş təcrübəsi;
- “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
- “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Maliyyə idarəsinin rəisi” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.
Likvidlik və analitika şöbəsi mütəxəssisi
Son tarix 08 mar 2024 Müraciət et
Əmək funksiyası:
- Məlumatların tutarlılığı, bütövlüyü, müntəzəm olaraq yenilənməsi, məlumat axınının girişi və təhlükəsizliyinə cavabdehlik;
- Məlumat analizinin hazırlanması üzrə bütün mərhələlərin idarəedilməsi;
- Hesabatlıq sistemlərinin planlanması, inteqrasiyası, layihələndirilməsi və yerləşdirilməsinə cavabdehlik;
- Layihələrdə məlumatların hazırlanması və istifadə olunması;
- Statistik və analitik hesabatların, məlumat modellərinin və qrafik panellərin hazırlanması;
- Təqdim olunan məlumatların keyfiyyətinin təmin edilməsi;
- Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işlənilməsi;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq;
- Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq;
- Məlumatlar bazasından məlumatların əldə edilməsi və hesabatların hazırlanması;
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
- Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq şirkətin fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
- Bir başa rəhbəri tərəfindən təyin edilən təlimatları və tapşırıqları yerinə yetirməklə yanaşı öz vəzifəsinin tələbinə uyğun olan əmək funksiyalarını icra etmək;
- Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək.
Tələblər:
- Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
- “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
- “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Likvidlik və analitika şöbəsi mütəxəssisi” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.