Göygöl Şərab Zavodu ASC
İxrac üzrə mütəxəssis
Son tarix 25 fev 2024 - [email protected]
Əmək funksiyası:
- Yerli və xarici bazarı araşdırmaq, istehsal edilən məhsullar haqqında maraq formalaşdırılmasını təşkil etmək;
- İxrac əməliyyatı üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması, ixrac əməliyyatları istiqamətində danışıqlar aparmaq, sifariş olunan mal və xidmətlərə görə qiymətlərin alınması və sərfəli qiymətin müəyyənləşdirilməsi;
- Məhsulların ixracat satış mexanizminin hazırlanmasında, ixracat satışın həyata keçirilməsi zamanı müqavilələrin və digər müvafiq sənədlərin hazırlanmasında, satışın təşkil edilməsində iştirak etmək və məhsulların təyinat məntəqəsinə vaxtı-vaxtında çatdırılmasının təmin etmək və bunlara görə məsuliyyət daşımaq;
- Gələcək müştəri mənbələrinin inkişafı və onların potensiallarını müəyyən etmək üçün məlumat mənbələrini tədqiq etmək;
- Hazırkı və gələcək müştərilərlə telefon danışıqları və üzbəüz görüşlərin və təqdimatların təşkilini həyata keçirmək, müştərilər üçün aydın və effektiv yazılı təkliflər hazırlamaq;
- Müştərilərin problemləri və şikayətlərinin tez bir zamanda həll olmasına nail olmaq. Mövcud ixrac müştəriləri ilə əməkdaşlığı genişləndirmək və yeni müştəriləri cəlb etmək;
- Marketinq, mühasibat, logistika və texniki dəstək əməkdaşları ilə satış səylərini əlaqələndirmək, hazır məhsul satışlarının payının ixrac satışlarında artırılmasını təmin etmək;
- Şirkəti yerli və xarici tədbirlərdə təmsil etmək, beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq;
- İxrac əməliyyatı xidmətləri üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək;
- Şirkət tərəfindən müəyyən edilmiş və daxili təlimatlarda qeyd olunan təhlükəsizlik standartlarına və qaydalarına riayət etmək.
Tələblər:
- Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
- “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
- “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Mövzü yerinə “İxrac üzrə mütəxəssis” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.
Üzüm qəbulu və şərab tərtibatı sexində proqram təminatı üzrə operator
Son tarix 24 fev 2024 - [email protected]
Əmək funksiyası:
- Şərab istehsalının texnoloji prosesinin məlumatlarını IsaTank proqramına vaxtında daxil etmək; üzümün qəbulu, qıcqırma prosesi, emal, köməkçi materialların əlavə edilməsi, şərab materiallarının köçürmələri, saxlanması və süzülməsi haqqında məlumatlar.
- Şərab materialları anbarlarında və vinifikatorlarda temperatur şəraitinə nəzarət etmək;
- Köçürmə və süzülmə zamanı vinifikatorlarda şərab materiallarının həcminə nəzarət etmək;
- Laboratoriyanın tələbi ilə şərab materiallarının izlənməsi haqqında məlumat vermək;
- Daxili nizamnamə və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri və öhdəlikləri vaxtında və səmərəli şəkildə yerinə yetirmək.
Tələblər:
- Kompüter biliyi: Microsoft Office proqramları (Microsoft Word, Microsoft Excel, və s.)
- İngilis dili biliyi
- Şərabçılıq texnologiyası biliyi
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00, İşçilər naharla təmin olunur
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Mövzunun yerinə “Üzüm qəbulu və şərab tərtibatı sexində proqram təminatı üzrə operator” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.
“Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.
Kimyaçı-mühəndis
Son tarix 24 fev 2024 [email protected]
Əmək funksiyası:
- İstehsal prosesinə nəzarət: araq, şərab və konyak istehsalının monitorinqi;
- Daxil olan materiallara giriş nəzarəti: şüşə qablar, qapaqlar, etiketlər, büzməli qutular;
- Xammala giriş nəzarəti: kömür, şəkər, bal, bitki xammalı;
- Xammal və köməkçi materiallardan nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
- Laboratoriya müdirinin rəhbərliyi və nəzarəti altında normativ sənədlərin tələblərinə uyğunluğu üzrə konyak və konyak distillatlarının laboratoriya tədqiqatlarını vaxtında və səmərəli aparmaq;
- Sınaq zamanı müşahidələri və nəticələri aydın şəkildə qeyd etmək;
- Sınaq zamanı keyfiyyət proseduralarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
- Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
- İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində bilavasitə laboratoriya rəhbərinə məlumat vermək;
- Laboratoriya rəhbərinin tapşırığı və nəzarəti altında nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
- Tədqiqat metodikasina uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması (yuyulması və s.);
- Rəhbərliyin tapşırığı və nəzarəti altında sənədlərin hazırlanması;
- Daxili nizamnamə və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri və öhdəlikləri vaxtında və səmərəli şəkildə yerinə yetirmək.
Tələblər:
- Kimya laboratoriyasında minimum 3 (üç) il iş təcrübəsi;
- Ali təhsil (təhsil müəssisəsində ən azı 250 saat kimya)
- “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
- “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00, İşçilər naharla təmin olunur
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Kimyaçı-mühəndis” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.