Göygöl Şərab Zavodu ASC
Marketinq şöbəsinin Rəisi
Son tarix 11 iyl 2024 - [email protected]
Əmək funksiyası:
Strateji planlaşdırma:
- Şirkətin ümumi biznes hədəflərinə uyğun marketinq və satış strategiyasının hazırlanması və həyata keçirilməsi.
- Qısa və uzunmüddətli satış hədəflərinin müəyyən edilməsi.
- Marketinq büdcəsinin planlaşdırılması və icrasına nəzarət.
Bazar tədqiqatları və analiz:
- Bazar tələblərinin və rəqabət mühitinin analizi.
- Yeni bazar imkanlarının müəyyən edilməsi və məhsulların həmin bazarlara çıxışının təmin edilməsi.
Məhsulun yaradılması və mövqeləşdirillməsi:
- Satış kampaniyalarının və aksiyalarının planlaşdırılması və həyata keçirilməsi.
- Məhsulun bazarda tanıdılması üçün müxtəlif təşviqat tədbirlərinin təşkili.
- Yeni məhsul konsepsiyalarının hazırlanması və bazara təqdim edilməsi.
- Qablaşdırma və dizayn işlərinin koordinasiyası.
- Bazar tədqiqatları və rəqabət analizləri aparılması.
- Marketinq, Satış, Satınalma, Planlama, Logistika və İstehsalat bölməsinə aid olan prosedurların və əməliyyatların tərtibində fəal iştiraki və tövsiyyələrin verilməsi.
Komandanın idarə edilməsi:
- Marketinq şöbəsinin gündəlik fəaliyyətinin idarə olunması və koordinasiyası.
- İşçilərin vəzifələrinin bölüşdürülməsi, işlərinin monitorinqi və nəticələrin qiymətləndirilməsi.
Analitika və hesabatlıq:
- Marketinq fəaliyyətlərinin effektivliyinin analizi və hesabatların hazırlanması.
- Satış və marketinq məlumatlarının analizi və təqdim olunması.
Əməkdaşlıq və koordinasiya:
- Şirkətin digər şöbələri ilə koordinasiya və əməkdaşlıq.
- Xarici tərəfdaşlarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi.
- Partnyor şirkətlər ilə yüksək səviyyədə əlaqə qurma və inkişaf etdirilməsi
Namizədə tələblər:
- MS Office proqramları
- Marketinq, biznes idarəçiliyi və ya əlaqəli sahələrdə ali təhsil.
- Satış/marketinq sahəsində rəhbər vəzifələrdə ən azı 3 il iş təcrübəsi.
- Müasir marketinq alətləri və texnologiyalarını bilmək.
- Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları.
- Bazarı analiz etmək və strateji qərarlar qəbul etmək qabiliyyəti.
Şəxsi keyfiyyətlər:
- Liderlik keyfiyyətləri
- Yaradıcı yanaşma və yeni ideyalar yaratmaq qabiliyyəti.
- Stressə davamlılıq və çoxlu vəzifələr şəraitində işləmək bacarığı.
- Məsuliyyət və nəticəyə yönümlülük.
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Marketinq şöbəsinin rəisi” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.