Golden Rose Group
Marketoloq
Son tarix 16 noy 2025 - [email protected]
Biz — Golden Rose Group, Ağ Şəhərdə inşa edilən premium “Art Tower” yaşayış kompleksinin inkişaf etdiricisiyik. Hal-hazırda komandamıza təcrübəli, analitik və yaradıcı düşüncəyə malik marketoloq axtarırıq.
Bu vəzifə səhifə idarəçiliyi deyil — əsas diqqət reklam strategiyalarının hazırlanması, effektiv targeting və nəticə yönümlü kampaniyaların qurulmasıdır.
Əsas vəzifələr:
- Facebook, Instagram, Google Ads və digər platformalarda reklam kampaniyalarının hazırlanması, idarə olunması və optimizasiyası
- Layihənin məqsədlərinə uyğun marketinq strategiyasının və satışa yönəlmiş planın hazırlanması
- Rəqiblərin və bazar tendensiyalarının təhlili
- SEO və analitika üzrə biliklərdən istifadə edərək trafikin və dönüşümlərin artırılması
- Reklam büdcəsinin səmərəli idarə olunması və aylıq hesabatların hazırlanması
- Kreativ komanda ilə birgə reklam mesajlarının və ideyaların formalaşdırılması
Namizədə tələblər:
- Minimum 3 illik təcrübə (xüsusilə real estate və ya premium seqmentdə üstünlük verilir)
- Meta Business Manager, Google Ads və analitika alətləri (Pixel, GA4 və s.) ilə işləmə bacarığı
- Kreativ və analitik düşüncə, nəticəyə fokuslanma
- Dəqiq planlaşdırma və hesabat bacarığı
- İngilis və rus dillərini bilmək üstünlükdür
Şərtlər:
- Maaş aralığı: 2000 – 3500 AZN (namizədin təcrübəsindən asılı olaraq)
- İş saatları: Həftə içi, 10:00 – 18:00
- İş yeri: Bakı, Ağ Şəhər
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.