GM Construction
Sahə rəisi
Son tarix 16 yan 2023 [email protected]
Tələblər:
- Sənaye və mülki tikinti ixtisası üzrə ali təhsil;
 - Yaş həddi 30 – 55 yaş;
 - Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
 - Ezamiyyələrə hazır olmalı;
 - Komandada işləmə və yüksək idarəetmə bacarığı;
 - Məsuliyyət və punktuallıq;
 - MS Office və Autocad proqramında işləmə bacarığı.
 
Bilməlidir:
- Tikinti sahəsində müasir texnoloji metodların tətbiqi üsullarını;
 - Tikinti sahəsinin və ya obyektiv istehsalat-təsərrüfat fəaliyyətinin müəyyənləşdirilməsinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
 - Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilən obyektlərin layihə-smeta sənədlərini;
 - Tikinti-quraşdırma işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtləri;
 - İcra olunan işlər üzrə vahid norma və qiymətləri, əmək haqqının ödənilməsinə aid əsasnamələri;
 - Obyektdə daxili təmir işlərinin norma və tətbiqi üsullarını;
 - İstehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
 - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
 
İş barədə:
- Layihənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
 - Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir;
 - Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir;
 - İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsi, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir;
 - Müəyyən edilmiş vaxt ərzində obyektin verilməsi planını və tikinti quraşdırma işlərinin kəmiyyət/ keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini təmin edir;
 - İş icraçıları üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etməklə onların yerinə yetirilməsinə nəzarət edir;
 - Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, müqavilə şərtlərinə görə işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsini tələb edir, onlardan görülmüş işi təhvil alır;
 - Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edərək müvafiq şöbəyə təqdim edir;
 - Tabeliyində olan işçilər arasında iş bölgüsünü aparır,onların işlərini təşkil edərək nəzarət edir;
 - Tikintidə istifadə olunacaq tikinti materiallarını vaxtında müəyyən edir və zəruri tikinti materiallarının siyahısını təchizat şöbəsinə yönləndirir;
 - Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi yoxlamalar aparmaqla sifarişin düzgün verilməsini izləyir;
 - Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir.
 
İş şəraiti:
- Əmək haqqı müsahibə əsasında (sınaq müddəti dövründə ə/h 1500 - 2000 man) təyin ediləcək;
 - Korporativ nömrə ilə təmin olunma;
 - İş rejimi: 6 günlük;
 - İş yeri: Bakı şəhəri (gələcəkdə rotasiya oluna bilər)
 
Xüsusi tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







