Global Mining
Satınalma üzrə menecer
Son tarix 17 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Daxili və xarici bazar araşdırmalarının aparılması və satınalma analizlərinin həyata keçirilməsi
- Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması, (yazışmaların və danışıqların aparılması) ;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi
- Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkil edir, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandırır
- Satınalma müqavilələrin tərtibatı və detallara diqqət yetirilməsi;
- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi
- Razılaşdırılmış ticari şərtlərin icraatına nəzarət
- Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırma və təşkil etmə, komandada işləmə bacarıqları;
- Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması;
- Sənaye və ağır tonajlı texnika və nəqliyyat təchizatında təcrübənin olmasına üstünlük verilir
Namizədə tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 5 ildən artıq
- Kompüter biliyi: MS Office (Word, Excel);
- Dil bilikləri: rus dili və ingilis dili (hər iki dili mükəmməl bilməsi arzuolunandır)
- Güclü şifahi ünsiyyət qurmaq bacarığı
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları;
- Stressə davamlılıq, xoş və səliqəli görünüş
- Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək
- 25-40 yaş aralığı;
- Cins : Xanım və bəy
İş şəraiti:
- İş qrafiki: Həftə ərzində 5 gün iş, 2 gün istirahət
- İş vaxtı: 09:00 – 18:00
- Könüllü tibbi sığorta ilə təmin edilir;
- Əmək haqqı- 1500-1700 AZN (net);
- Əmək Məcəlləsinə uyğun işə qəbul
Vakansiya ilə maraqlanan uyğun namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Satınalma üzrə menecer” qeyd etməklə göndərə bilərlər.