GL ASC
Satış məsləhətçisi (Ağstafa filialı)
Son tarix 16 okt 2025 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Aktiv satışların təşkili və potensial müştərilərin cəlb olunması;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlanılması;
- Müştəri müraciətlərinin qəbulu, təhlili, kredit komitəsinə təqdimatı və rəsmiləşdirilməsi;
- Yeni kredit məhsulları və satış metodları üzrə təkliflərlə çıxış etmək;
- Müştəri məmnuniyyətini təmin etmək məqsədilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olan şikayət və müraciətləri yerində araşdırmaq;
- Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.
Namizəddən tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali və ya natamam ali təhsil;
- Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma;
- Fərdi və komanda ilə işləmək bacarığı;
- Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
- Bank və ya bank olmayan kredit təşkilatlarında, xüsusilə lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
Əməkhaqqı və bonus sistemi:
- Başlanğıc kateqoriya: 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN
- Yuxarı kateqoriya: 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN
Müraciət qaydası:
Tələblərə uyğun olan namizədlərdən “Satış məsləhətçisi (Ağstafa filialı)” başlığı ilə CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.
Filial Meneceri (Ağstafa)
Son tarix 16 okt 2025 - [email protected]
Ağstafa şəhərində yerləşən filial üzrə Filial Meneceri vakansiyası elan edir!
Əsas vəzifə öhdəlikləri:
- Filial əməkdaşlarının fəaliyyətinə və təqdim olunan kreditlərin icrasına nəzarət etmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və vaxtında ödənişlərin təmin olunmasına şərait yaratmaq;
- Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslərlə çıxış etmək;
- Kreditlərin təsnifləşdirilməsi və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək;
- Problemli kreditlərlə bağlı hesabatlar hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək;
- Filial üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və Baş Ofis ilə səmərəli əməkdaşlıq etmək.
Namizəddən tələblər:
- Maliyyə, kredit və ya satış sahəsində rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil;
- Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
- Yaş həddi: 30–50;
- Fərdi və komanda ilə işləmə bacarığı, təşəbbüskarlıq və məsuliyyətlilik.
İş şəraiti və təkliflər:
- İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
- Əməkhaqqı: 1300 AZN-dən başlayaraq
- Əlavə olaraq əməkhaqqının iki mislinə qədər bonus alma imkanı (maksimum 2600 AZN bonus)
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri
Qeyd: Filialın kateqoriyası qalxdıqca əməkhaqqı da mütənasib şəkildə artacaq.
Müraciət qaydası:
Tələblərə cavab verən namizədlərdən “Filial Meneceri (Ağstafa filialı)” başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.