Gilan Seramik
Texniki xidmət üzrə mütəxəssis
Son tarix 18 yan 2026 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Zavod daxili imkanlarla hazırlanması mümkün olan ehtiyat hissələrinin çertyojlarının hazırlanaraq mexaniki və ya elektriki təmir sexlərinə sifariş verilməsi;
- Mexaniki və elektriki təmir sexlərində hazırlanan və ya təmir edilən hissələrin müvafiq aktlara uyğun olaraq anbara təhvil təslimində iştirak;
- Torna və ya Frez dəzgahında hazırlanan mil və materialların zavod daxili təyinatından asılı olaraq metal tipinin, təyin edilməsi;
- Ehtiyat hissələri anbarının izlənilməsi, azalan ehtiyat hissələrinin sifarişi üçün təklifin verilməsi
- Sifariş edilən hissələrin (yerli və ya xarici təchizat) anbara qəbulunda iştirak;
- Texniki təminat prosedurunun tətbiqi:
- Zavod daxili avadanlıqların plana uyğun profilaktik gündəlik, həftəlik və aylıq baxışlarında iştirak. Baxış nəticəsinə uyğun olaraq profilaktik baxış jurnallarının yazılması;
- Planlı təmir hesabatının hazırlanmasında iştirak;
- Dəvət edilən podratçı təşkilat və ya servislərin təlimata uyğun giriş aktlarının hazırlanması;
- Dəvət edilən podratçı təşkilat və ya servislərin yerinə yetirdiyi təmir və ya yenidən qurma işlərinin müvafiq aktlara uyğun olaraq təhvil təslimində iştirak;
- Qəza və təxirəsalınmaz təmir işlərinin təşkili (Günün istənilən saatında);
- Avadanlıq üzərindən sökülərək təmir ediləcək və ya ümumiyyətlə istismara yararsız olan ehtiyyat hissələri üçün qüsur aktlarının hazırlanması;
- Avadanlıqların faydalı iş əmsalının artırılması, materialların və iş alətlərinin səmərəli istifadəsinə nəzarət;
- Texniki Çertyojların hazırlanması (Dişli frez işləri, Torna və yonuş işləri)
Tələblər:
- Ali təhsil.
- Tikinti materialları sektorunda (xüsusilə keramika, keramoqranit) minimum 3 illik iş təcrübəsi.
- MS Office və AutoCad proqramlarında işləmək bacarığı.
- Çertyojlarla işləmək bacarığı;
- Yüksək işgüzarlıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Təşəbbüskarlıq qabiliyyəti;
- Diqqətli və məsuliyyətli;
- Operativlik;
- Xarici dil biliyi arzuolunandır.
İş şəraiti:
- 6 günlük iş qrafiki: saat 09:00-17:00;
- Əmək haqqı: 1200-1500 azn;
- Ünvan: Hacıqabul rayonu, Hacıqabul-Kürdəmir şossesi 9-cu km
- Uzaq regiondan olan işçi üçün qonaqlama və 3 dəfə nahar qarşılanır.
Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün Hacıqabul rayonunda yerləşən zavoda dəvət ediləcək.
Uyğun namizədlərdən CV-lərini “Texniki xidmət üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur











