GESCO ASC
İnsan resursları üzrə baş mütəxəssis
Son tarix 30 may 2024 - [email protected]
İşin təsviri:
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
- İşəqəbulun həyata keçirilməsi, yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
- Mükafatlandırma və motivasiya sisteminin tətbiq olunması;
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- Kadr ehtiyyat bazasının yaradılması və idarə edilməsi, müvafiq hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
- İşçilərin təlim ehtiyaclarının müəyyən olunması və təlimlərin təşkili;
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə sertifikatlar;
- AR Əmək qanunvericiliyi bilikləri;
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
- İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;
- Elektron Hökumət Portalı, 1 C proqramı ilə işləmə bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
- İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
- Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;
İş şərtləri:
- Stabil iş;
- Əmək haqqı-Müsahibə əsasında təyin olunacaq;
- İş vaxtı: 5 günlük iş həftəsi;
- İstirahət günləri: Şənbə-bazar, bayram günləri.
Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “İnsan Resursları üzrə baş mütəxəssis” qeyd etmək mütləqdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.