General Supply
Ofis meneceri
Son tarix 02 dek 2022 [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək,şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsi;
- Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi;
- E-mail və yazışmaların həyata keçirilməsi, müvafiq olaraq yönləndirilməsi
- Ofis daxili işlərin təşkili və nəzarəti;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;
Namizədə qarşı tələblər:
- Bəy namizədlərə üstünlük verilir;
- Ali təhsil;
- Yaxşı səviyyədə Azərbaycan və İngilis dili biliyi;
- Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- Gülərüz, səliqəli xarici görünüş;
- Həm yazılı, həm də şifahi ünsiyyət bacarıqları;
İş şəraiti:
- 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 -18:00
- Tibbi sığorta
- Korporativ nömrə
Əmək haqqı: 400 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə elektron ünvanına göndərə bilərlər..
Korporativ satış üzrə mütəxəssis
Son tarix 02 dek 2022 [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Yeni müştərilərin cəlb edilməsi,potensial müştərilərin axtarışı;
- Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
- Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;
- Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
- Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
- Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
- Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
- Satınalınacaq məhsulların qiymətlərinin formalaşdırılması;
- Təkliflərin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Müştəri sorğuları əsasında kommersiya təklifinin hazırlanması;
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq aylıq, rüblük və illik hesabatların verilməsi;
- Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
- Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadiyyat, marketinq, kommeriya istiqamətləri üzrə)
- Korporativ satış sahəsində 2 illik iş təcrübəsi (inşaat materialları, əl alətləri, fərdi mühafizə vasitələrinin və ya bənzər məhsulların satışı sahəsində)
- Azərbaycan, Rus və ya İngilis dillərini bilmək;
- MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti
- Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə qarşı xoş rəftar
- Təqdimat edə bilmə və inandırmaq bacarığı
Təminatlar:
- Korporativ nömrə
- Tibbi siğorta
- Biznes görüşlərdə iştirak etmək üçün nəqliyyat xidməti
- Əmək haqqı: 600-700 AZN + bonus
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində Korporativ satış üzrə mütəxəssis yazmaqla elektron ünvanına göndərə bilərlər