General Supply
Satış üzrə assistent
Son tarix 30 yan 2024 [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Mövcud olan korporativ müştəri bazasının böyüdülməsi, potensial müştərilərin axtarışı;
- Potensial müştərilərlə bir başa, telefon, e-mail və digər elektron vasitələrlə əlaqə saxlanılması və şirkət tərəfindən təqdim olunan məhsul və xidmətləri barədə düzgün məlumat verilməsi;
- Potensial müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;
- Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
- Müştərilərdən sorğuların qəbul edilməsi, daxil olan sorğuların üzərində iş, mövcud müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması;
- Təkliflərin izlənilməsi və müştəri ilə razılaşdırılmasında ;
- Müştəri sorğuları əsasında kommersiya təklifinin hazırlanması;
- Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadiyyat, marketinq, kommeriya istiqamətləri üzrə)
- Satış sahəsində 1 illik iş təcrübəsinin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili;
- MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti;
- Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə qarşı xoş rəftar;
- Yüksək təqdimat edə bilmə və inandırmaq bacarığı;
- Komandada işləmə bacarığı;
İş şəraiti:
- 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 -18:00;
- Tibbi sığorta;
- Korporativ nömrə;
- Əmək haqqı: 500 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Satış üzrə assistent” qeyd etməklə elektron ünvanına göndərə bilərlər..