Garabag Resort & SPA
Satış üzrə menecer
Son tarix 31 avq 2024 - [email protected]
Öhdəliklər:
- Hotelin biznes strategiyalarını aydın şəkildə başa düşmək, hədəfləri təyin etmək və bu məqsədlərə çatmaq üçün fəaliyyət planlarını hazırlamaq.
- Fəaliyyət planlarını və maliyyə məqsədlərini hər rüb yeniləmək.
- Yeni bazarları, biznes imkanlarını müəyyənləşdirmək və satışları artırmq.
- Müxtəlif tədbirlərdə və sərgilərdə hoteli təmsil etmək.
- Satış fəaliyyət planlarını həyata keçirmək.
- Korporativ müştərilərə hotelə baxış səfərlərini təşkil etmək.
- Müştəriyə hər zaman ən yüksək keyfiyyətli xidməti göstərmək.
- Toplanmış məlumatlara əsasən satış komandası ilə qarşılıqlı əlaqəyə əsaslanaraq əlavə təlim ehtiyaclarını müəyyən etmək.
- Lazım gəldikdə şöbə və hotel iclaslarında iştirak etmək.
- Şirkət üçün əsas satış potensialının hədəflənməsi.
- Gələcək rezervasiyaları təmin etmək üçün mövcud və yeni müştərilərlə əlaqələr qurmaq.
- Satış imkanlarını, müştəri bazasını gücləndirmək və genişləndirmək üçün xarici ölkələrdə səfərlərdə olmaq.
- Müştərilər üçün satış təkliflərinin hazırlanmaq.
- Hotelin üstünlüklərini və imkanlarını izah etmək üçün şirkətlərin nümayəndələri ilə görüşlər keçirmək.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil.
- Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi.
- Peşəkar, işgüzar görünüş və təqdimat;
- Problemləri həll etmə bacarığı;
- Əla təşkilatçılıq və inzibati bacarıqlar;
- Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
- Dil bilikləri: Azərbaycan dili və rus dili – sərbəst, ingilis dili – yaxşı səviyyədə.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- Gündəlik qidalanma şirkət tərəfindən təmin olunur;
- İş saatları: 09:00-18:00 (Şənvə və bazar istirahət günü)
- Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq təyin edilir;
- Könüllü tibbi sığorta (işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası) təmin edilir.
- Əməkdaş yaşayış yeri və gündə üç dəfə qidalanma ilə təmin edilir;
- İş yeri: Naftalan şəhəri, Garabagh Resort&Spa Naftalan Hotel.
Uyğun namizədlər, CV-lərini ünvana başlıq hissəsinə “Satış üzrə menecer” qeyd edərək göndərə bilərlər.
Son müraciət tarixi: 31.08.2024