Freedom Finance Azerbaijan
Hüquq və Komplayns üzrə menecer
Son tarix 14 okt 2022 - [email protected]
Əmək haqqı: müsahibə əsasında
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 3 il (hüquq sahəsində);
- Yaş həddi: 25 – 35;
- Dil bilikləri: Rus və ingilis
- Mülki qanunvericilik və “Qiymətli kağızlar bazarı haqqında” AR qanunvericiliyi üzrə biliklər;
Vəzifələr:
- Müəssisənin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə hüquqi rəy vermək;
- Daxili standart müqavilələrin və şablonların, habelə daxili qayda, təlimat, prosedurların hazırlanmasında iştirak etmək;
- Müəssisənin bağladığı xidmət, alqı-satqı, reklam və s. müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Dövlət və məhkəmə orqanlarından, o cümlədən digər şəxs və qurumlardan daxil olan hüquqi sorğulara, müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq cavablandırılmasını təmin etmək;
- Müəssisənin struktur bölmələrinə hüquqi yardım göstərmək və daxil olan sorğuları cavablandırmaq;
- Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi;
- Ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək.
- Müqavilələrin qanunvericiliyə və Müəssisənin maraqlarına uyğunluğunun yoxlanması;
- Məhkəmə işlərinin aparılması.
- Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək;
- Qanunvericilikdə baş vermiş dəyişiklikləri izləmək, zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı birbaşa rəhbərini məlumatlandırmaq;
- Komplayns istiqaməti üzrə birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.
İş şəraiti:
- AR əmək məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 10:00 - 19:00;
İş yeri: Demirchi Tower
Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Hüquq və Komplayns üzrə menecer” qeyd edərək göndərə bilərlər