Foton
Aparıcı mexanik/santexnik (Gəncə)
Son tarix 25 avq 2025 - [email protected]
Nə təklif edirik?
- Aylıq NET əmək haqqı: 1400 AZN
 - Könüllü tibbi siğorta (ailə paketi);
 - “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
 - Peşəkar komanda ilə işləmək fürsəti;
 - İşçinin inkişafı üçün təlim, tədris proqramları.
 
Vəzifə öhdəlikləri:
- Xidmət olunan isitmə sistemlərinə, su təchizatına, kanalizasiya sisteminə, qaz təchizatına, sanitar qovşaqları və hamam otaqlarına nəzarət, onların saz vəziyyətdə olmasını və vaxtında keyfiyyət təmirini və ya yenilənməsini təmin etməli;
 - İsitmə sisteminin, sanitar texniki sistemlərinin, su təchizatının, kanalizasiya sisteminin, su borularının, eləcə də bütün boru kommunikasiyalarının, onların mürəkkəb detallarının, qovşaqlarıının sökülməsi və yığılmasını həyata keçirməli;
 - Müəssisənin nasaz olan və ya sıradan çıxmış boru xətlərinin vaxtında və keyfiyyətli şəkildə təmirini həyata keçirməli;
 - Təmirdən sonra texniki sistemlərin və fitinqlərin sınağını həyata keçirməli;
 - Texnoloji avadanlıqların yuyularaq təmizlənməsini həyata keçirməli;
 - Yanğındansöndürmə stansiyasında nasoslara və su çənlərinə nəzarət etməli;
 - Müəssisənin bütün kommunikasiya xətlərinin nasazlıqlarının aradan qaldırılması üçün tələb olunan mal və materialların alınması üçün bölmə rəhbərini vaxtında məlumatlandırmalı;
 - Gündəlik texniki yoxlama vərəqində qeydlərini apararaq bölmə rəhbərinə təhvil verməli.
 
Namizədə aid tələblər:
- Müvafiq sahə üzrə peşə və ya Ali təhsil;
 - Müvafiq sahə üzrə (santexnik) minimum 3-5 il təsdiqli iş təcrübəsi;
 - Yaşayış və istismar sahələrinə dair santexnik standartları və tələbləri üzrə əsaslı biliklər;
 - Yüksəklikdə iş bacarığı;
 
İş şəraiti:
- İş rejimi: 5 günlük
 - İş yeri: Gəncə
 - İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.
 - İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
 
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Aparıcı mexanik/santexnik (Gəncə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







