Fostanpak MMC
Xarici satınalma üzrə mütəxəssis
Son tarix 20 mar 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Bazarın təhlili, tələb olunan mal-materialların yerli və xarici bazarda araşdırılması;
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların, danışıqların aparılması;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Təhlillərin aparılması və hesabatların hazırlanması;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Gömrük rəsmiləşdirilməsini həyata keçirilməsi
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması.
Namizədə tələblər:
- Ali təhsil (İqtisadi və ya idarə etmə yönümlü);
- Satın alma və ya təchizat sahəsində minimal 3-5 il iş təcrübəsi;
- İncoterms və Beynəlxalq Logistika haqqında biliklərinin olması;
- Kompüter bilikləri - MS Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləməyi bacarmalı;
- Dil bilikləri: Rus və İngilis dili (Xarici dillərdən birini səlis bilməli)
- Fəal olması və komandada işləmək bacarığı, işə planlı yanaşması;
- Yüksək məsuliyyət, operativlik, diqqətcil olmaq, məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
Əmək Şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;
- 6 günlük iş qrafiki (6cı gün qısa iş qrafiki);
- İş yeri: Bakı şəhəri, Binəqədi rayon,Binəqədi qəsəbəsi;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: 1500-2000 AZN (namizədin bilik və bacarıqlarına müvafiq olaraq müəyyənləşdiriləcək);
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.












