Food City Kompleks laboratoriyası
Molekulyar bioloq
Son tarix 10 may 2026 - [email protected]
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının Fitosanitar bölməsinə “Molekulyar bioloq” vəzifəsinə işçi axtarılır.
Vəzifə öhdəlikləri:
- Bitki və bitkiçilik məhsullarında PZR analizin aparılması, zərərli orqanizmlərin növ mənsubiyyətini təyin edilməsi;
- Reaktivlərin və məhlulların hazırlanması, uyğun şəraitdə saxlanılmasına nəzarət
- Yeni müayinə metodlarının tətbiqi, validasiya və verifikasiyasının aparılması
- Öz işi barədə aktların, aylıq, illik hesabatının hazırlanması
- Cihazların performans yoxlanışlarının həyata keçirilməsi
- Beynəlxaq səriştəlilik sınaqlarında iştirak
- Cihazların və avadanlıqların baxımı
- Analiz nəticələrinin işlənilməsi
- Təlimat, plan və formaların hazırlanması
Tələblər:
- Biologiya və əlaqəli ixtisaslar üzrə ali təhsil
- Sahə üzrə iş təcrübəsi tələb olunmur
- Xudat şəhəri və ətraf bölgələrdə yaşayan namizədlərə üstünlük verilir
İş qrafiki: Bazar ertəsi-cümə günləri; 09:00-18:00
Qeyd: Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq laboratoriyada 3 aylıq təlim müddətini və Xudat şəhərində 3 aylıq sınaq müddətini başa vurduqdan sonra Xudat şəhərində işlə təmin ediləcək. Əmək haqqı 950 AZN nəzərdə tutulmuşdur (6 aylıq təlim və sınaq müddətində əmək haqqının 50%-i ödənilir).
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Molekulyar bioloq” qeydi edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.














