Vakansiya – Baş mühasib
Əsas vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq və mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil və icra etmək;
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi və icrasına nəzarət;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Rəsmi hesabatların (Mərkəzi Bank, Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
- Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Əsas vəsaitlər üzrə amortizasiya hesablanması;
- Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
- Ay sonu maliyyə hesabatlarının hazırlanması (Balans Sheet, P&L, Cashflow);
- Rəhbərliyə gündəlik hesabatların təqdim edilməsi:
- Pul vəsaitlərinin qalıqları, Debitor Kreditor borcları qalıqları, Büdcə, Bank və s.
- Vəzifə səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinin digər tapşırıqlarının və Şirkətin İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icra etmək.
• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
• Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir;
- Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlayır;
- Şirkətlə bağlanan Müqavilələrin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarəti;
- Aylıq əmək haqqını hesablayır;
- Kassa uçotuna nəzarət edir.
Namizədə aid tələblər:
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
- Mükəmməl Azərbaycan dili biliyi. Rus və İngilis dilləri arzuolunandır;
- Minimum 5 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi;
- AR Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər (xüsusilə Excel);
- E-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
- Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətli, dəqiq və peşəkar;
- Yüksək səviyyədə yazışma bacarığı;
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı.
Əmək şəraitinin şərtləri :
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı: razılaşma əsasında;
- İş vaxtı: Bazar ertəsi-Cümə günləri, saat 09:00-18:00
- İstirahət günləri: Şənbə, bazar.
- Ünvan: Bakı şəhəri, Süleyman Rüstəm 11, “Finex Kredit” BOKT ASC (Baş ofis)
Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Baş mühasib” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını [email protected] ünvanına göndərə bilərlər.