Finekspertiza Group MMC
Baş mühasib
Son tarix 19 iyn 2025 - [email protected]
Finekspertiza Group MMC - Audit və Maliyyə konsaltinqi sahəsində fəaliyyət göstərən komandamıza təcrübəli Baş Mühasib axtarırıq!
Vəzifə öhdəliklərinin qısa məzmunu:
- Mühasibat uçotunun düzgün və səmərəli təşkili, bu əsasda lazımi bütün sənədlərin tərtib edilməsi;
- Hesabatların düzgün və vaxtında tərtib edilərək təhvil verilməsi;
- İqtisadi işlərin qabaqcıl forma və metodlarının tətbiq edilməsi;
- Maliyyə şöbəsində iş prosesinin düzgün və operativ şəkildə aparılmasına nəzarət etməli;
- Şirkətin bütün maliyyə və mühasibatlıq əməliyyatlarının düzgün və qanunvericiliyə uyğun şəkildə aparılmasına nəzarət etmək;
- Nəzərdə tutulan vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün digər struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmalı;
- Qanunvericiliyə əsaslanaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu tərtib etməli;
- Mühasibatlıq sahəsinə aid olan sənədlərin saxlanılması üçün diqqət yetirməli və s.
Əsas tələblər:
- İqtisadiyyat sahəsi üzrə ali təhsilli olmalı;
- Maxsimum 35 yaşı olmalı;
- PMS-ə (peşəkar mühasib sertifikatı) sahib olmalı;
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, ingilis və rus dilləri isə arzuolunandır;
- Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik
İş şəraiti
- İş haqqında məlumat: Audit təşkilatı
- İş yeri: Bakı şəhəri; Xətai rayonu
- İş qrafiki: həftədə 5 gün iş, 2 gün istirahət;
- İş saatı: 09:00-18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Əmək haqqı: 2000 azn (net)
Maraqlanan şəxslər zəhmət olmasa, cv formalarını mövzu yerinə vakansiyanın adını - "Baş mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya +994 55 202 21 24 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur. Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.