“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı SABİRABAD FİLİALI üçün KREDİT YOXLANIŞI ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Əsas Öhdəliklər:
• Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.
• Nağd pul vəsaitlərinin axını haqqında əsas mənbə sənədlərində qeyd olunan məlumatın MİS sisteminə daxil edildiyinə əmin olmaq və kredit müraciətlərininin həqiqiliyini və dəqiqliyini təmin etmək.
• Şirkət daxili və kənar məlumatların yoxlanışını edərək kreditə müraciət edən müştərinin Kredit Bürosunda və ya digər maliyyə institutları qarşısında hər hansı bir gecikməsinin olmamasına əmin olmaq.
• İşlərin gündəlik olaraq müvafiq Ərazi üzrə Menecerə göndərilməsini təmin etmək.
Tələblər:
• Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi
• Mikromaliyyə və ya bank sahəsində 1 il və ya daha çox iş təcrübəsi, kredit riski, kreditlərə nəzarət, tənzimləyici mühit və ya kommersiya kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır
• Əraziləri yaxşı tanıması
• Yüksək səviyyədə ünsiyyət qurma bacarıqları
• Azərbaycan dilini səlis bilmək
• MS Office bilikləri
• Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 12 oktyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində Kredit Yoxlanışı Üzrə İşçi (Sabirabad) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı SABİRABAD FİLİALI üçün MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Əsas Öhdəliklər:
• Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
• Kredit sənədlərinin tənzimlənməsi və portfelin idarə olunması prosesində mərkəzləşdirilmiş şöbələrə dəstək göstərmək;
• Kreditin verilməsi və çatdırılma kanallarını dəstəklə təmin etmək;
• Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə müəyyənləşdirilmiş qaydada filialın inzibati tapşırıqlarını icra etmək və arxiv funksiyasını idarə etmək;
• Tələb olunan hesabatları hazırlamaq və Sahə Menecerinə təqdim etmək;
• Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə xoş münasibət qurmaq və səmərəli əməkdaşlığı təmin etmək;
• Müəssisə tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
• Tələb olunarsa, “FİNCA Azərbaycan”ın müxtəlif filial ofislərinə səfərlər və/və ya rotasiya;
• Aylıq və yarım-illik performans hədəflərinə nail olmaq; müştəri məmnuniyyəti standartları/hədəfləri və müştəri şikayətlərinin nisbəti ilə ölçülən yüksək keyfiyyətli müştəri xidmətləri göstərmək; Dəqiq hesabatvermə və sənədlərin emalı.
Tələb olunan bilik və bacarıqlar:
• Ali təhsil. Biznes, iqtisadiyyat, mühasibatlıq və ya bizneslə əlaqəli digər sahədə diploma üstünlük verilir;
• Səlis Azərbaycan dili;
• MS Office (MS Word, MS Excel, MS Outlook) sahəsində əsas biliklər; çapetmə və məlumat daxiletmə bacarıqları;
• Müştəri xidmətləri və arxa ofis üzrə bir il iş təcrübəsi;
• Kreditlərin restruktirizasiyası üzrə məlumatlı olması;
• İşgüzarlıq və aktivlik.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 12 oktyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Müştəri Əlaqələri üzrə İşçi (Sabirabad Filialı) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.