FINCA Azerbaijan
Rəqəmsal marketinq mütəxəssisi
Son tarix 18 avq 2025 - Müraciət et
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı "Rəqəmsal marketinq mütəxəssisi" vəzifəsini elan edir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Biznes ehtiyacları əsasında rəqəmsal marketinq kampaniyaları yaratmaq, idarə etmək və optimallaşdırmaq;
- Müvafiq məhsul və şirkət kommunikasiyasını və brend reputasiyasını təmin etmək üçün sosial media kanallarını, korporativ vebsaytı idarə etmək və yeniləmək;
- Rəqəmsal marketinq təqvimini idarə etmək;
- Satış kampaniyalarının onlayn və oflayn konvertasiyasını izləmək və hesabat vermək;
- Rəqəmsal marketinq aktivlərini yaratmaq və idarə etmək;
- Marketinq fəaliyyətlərinin effektivliyini mütəmadi olaraq ölçmək və hesabat vermək;
- Hesabatların hazırlanması və bu hesabatların ümumi analizlərə inteqrasiyası; qlobal FINCA rəqəmsal marketinq tablosuna töhfə vermək;
- Marketinq və digər təşkilati məsələlərlə bağlı Marketinq Departamentinin Meneceri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Sizdən gözləntilərimiz:
- Ali təhsil;
- Rəqəmsal Marketinq Mütəxəssisi və ya oxşar vəzifədə 2 ildən artıq təcrübə;
- Google Ads, Facebook Ads Manager, Google Analytics, Facebook Insights,Tik-tok,Wordpress Facebook Business Manager, Google Tag Manager üzrə güclü bacarıq və təcrübə;
- Sosial media kanallarının (FB, Instagram, LinkedIn, YouTube və s.) və mesajlaşma platformalarının (WhatsApp, Messenger və s.) peşəkar istifadəçisi.
- SEO/SEM biliyi tələb olunur;
- Veb məzmun idarəetmə sistemləri ilə iş təcrübəsi arzuolunandır
- Ofis proqramlarında müstəqil işləmək bacarığı;
- Əla analitik və təşkilatçılıq bacarığı.
- Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda işi;
- Azərbaycanın regionlarına səyahət etmək imkanı;
- Statistik təhlil proqramları üzrə biliklər arzuolunandır;
- Dil bilikləri: Azərbaycan (ana dili/səlis), İngilis dili (əla), Rus dili (arzuolunandır)
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
İmtiyazlar
- Tibbi Sığorta (işçini əhatə edən)
- Həyat Yığım sığortasından istifadə etmək imkanı
- Beynəlxalq iş mühütü
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.