“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı NAXÇIVAN FİLİALI üçün XƏZİNƏDAR vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Əsas Öhdəliklər
• Kredit əməliyyatlarını FLEXCUBE-ə işləmək. Təsdiq edilmiş kredit ərizələri üçün kredit vermə əməliyyatlarının keçirilməsi.
• Kredit və əməliyyat kassası balanslarını gündəlik yoxlamaq, FLEXCUBE kassa qalığı ilə uzlaşdırmaq və kassa kitabında gündəlik qeydlər aparmaq. Gündəlik Filial Rəhbəri ilə birlikdə nəğd pulun uzlaşdırılmasını aparmaq və kassa qalığı blankının skan olunmuş surətini Y diskində yerləşdirmək. Balanslar bərabər olmayan halları vaxtında sənədləşdirmək.
• Bütün voucher və qəbzlərin (kredit verilməsi, kredit ödənişi, komisyon haqqları, kassa mədaxil və məxaric orderləri, karbon geri ödəniş qəbzləri və s.) düzgün tərtib olunmasına, sənədlərin həm pul alan həm də pul verən tərəflərdən imzalanmasına, həmçinin möhürlənməsinə əmin olmaq.
• Lazım olduğu halda qeyri-ödəniş hesabatında olan müştərilər haqqında baş ofis müştəri mühasibatlığın sorğularını cavablandırnmaq.
• Təşkilat tərəfindən məhkəməyə veriləcək müştərilərin qalıq borc balanslarını hesablanmasında yardım etmək, silinmiş kreditləri qaydalara uyğun olaraq qəbul etmək və lazımi sənədləri baş ofis mühasibat işçilərinə göndərmək.
• Köməkçi elektron faylların (kredit verilmə sənədləri, elektron uçot jurnalları və s) vaxtında və səliqəli aparılması və baş ofisə çatdırılması. Ehtiyac yarandıqda, Baş Ofisin sorğuları əsasında digər hesabatları hazırlamaq.
• Kredit verilmənin keçiriməsi.Komisyon haqlarının və geri ödənişlərin nağd şəkildə müştərilərdən qəbul edilməsi.
• Girovların daxili təlimatlara uyğun qəbulu, saxlanması, dəyişdirilməsi və qaytarılması və girov qeydiyyat jurnalının aparılmasına cavabdehlik.
• Tərəfdaş banklarla inkassa əməliyyatlarını ”Kassa Əməliyyatları Proseduru”na əsasən həyata keçirmək.
• Kredit sənədlərinin düzgün tərtib olunmasını, yəni bütün lazımi imzaların və təsdiqlərin, həmçinin kredit qovluğunda bütün zəruri sənədlərin yerində olmasını yoxlamaq
Tələb olunan bilik və bacarıqlar
• Ali və ya orta təhsil
• Microsoft ofis proqramları üzrə bilik (word və excel) və çap etmə bacarığı
• Xidmət yönümlü – Aktiv şəkildə insanlara köməklik göstərməyə səy göstərmək
• Yüksək şifahi ünsiyyət- məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq bacarığı
• Ofisdaxili şəxslərarası ünsiyyəti qurmaq və qoruyub saxlamaq
• İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirəmək
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 15 yanvar 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Xəzinədar (Naxçıvan filialı) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.