Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Faktorinq üzrə operator vakansiyasını elan edir.
Tələblər:
- 21 - 29 yaş
- Bank təcrübəsi tələb olunmur
- Azərbaycan dilini əla səviyyədə bilmək (Rus dili biliyi üstünlükdür)
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Detallara qarşı diqqətlilik
- MS Office proqramları bilikləri
Vəzifə öhdəlikləri:
- Müştərilərin faktorinq xidmətləri barədə məlumatlandırılması
- Faktorinq üzrə müraciətlərin qəbulu və sistemə daxil edilməsi
- Faktorinq üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi
İş qrafiki
• Bazarertəsi – Şənbə: 09:00 – 18:00
• Əmək haqqı: 300 AZN
• Əlverişli iş mühitində çalışmaq imkanı
• Kariyera və inkişaf perspektivləri
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-ni mövzu hissəsində “Faktorinq üzrə operator” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.