Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC avtomobil sahəsində satış meneceri vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Kimlər müraciət edə bilər?
• 22-35 yaş aralığında şəxslər
• Satış sahəsində təcrübəsi olanlar
Hansı özəlliklərə malik olmalıdır?
• Avtomobil sahəsinə maraq və bu barədə məlumatlılıq
• Müştəri yönümlülük və təqdimetmə bacarığı
• Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı
Satış meneceri nə iş görür?
• Showroom-a yaxınlaşan müştərilərə avtomobil seçimində köməklik etmək və satışını həyata keçirmək
• Müştəri məmnuniyyətini təmin etmək və müştərilərin suallarını cavablandırmaq
Əlavə məlumat:
• Növbəli iş rejimi
• İstirahət günü: Həftədə 1 dəfə
• Əmək haqqı: 600-800 AZN
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satış meneceri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.