Favorite Premium Market
Əmək Haqqı üzrə mütəxəssis (Payroll)
Azərbaycanın ən böyük bankı - ABB Bank işçilər axtarır - VAKANSİYALAR
Son tarix 30 avq 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Əlavə iş saatlarının toplanması, yoxlanması və sistemə daxil edilməsi
- Şirkət əməkdaşlarının aylıq əmək haqlarının, düzgün hesablanmasının və vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsi;
- Son haqq-hesab, bütün növ məzuniyyətlər, xəstəlik vərəqələri, mükafatlar və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi;
- Əmək haqqına dair daxil olan sorğu və sualların operativ şəkildə cavablandırılması;
- Elektron hökumət portalında müvafiq əməliyyatların aparılması
- Əmək haqqı ilə bağlı hesabatların hazırlanması və təqdim edilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə)
- Əməkhaqqı üzrə minimum 1 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək və Vergi Məcəlləsini yaxşı bilmə
- Məsuliyyətli, dəqiq və analitik düşüncəli olmaq
İş şəraiti:
- Həftə ərzində 5 günlük iş qrafiki.
- İş saatı: 09:00-18:00
- Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
İnsan resursları üzrə əməliyyatçı (HR Operations)
Son tarix 30 avq 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi məlumatlarının idarə olunması və HR sistemlərində dəqiq qeydiyyatın aparılması
- İşə qəbul, işdən azad olunma və daxili keçid proseslərinin koordinasiyası
- Əmək müqavilələrinin hazırlanması, yenilənməsi və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi
- İllik məzuniyyət, xəstəlik vərəqəsi və digər inzibati proseslərin idarə edilməsi
- HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
- HR siyasət və prosedurlarının icrasında dəstək göstərmək
Tələblər və bacarıqlar:
- HR Operations və ya inzibati insan resursları sahəsində minimum 1 il təcrübə
- Əmək qanunvericiliyi və İnsan Resursları prosedurları haqqında bilik
- MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı (xüsusilə Excel)
- Yüksək dəqiqlik, təşkilatçılıq bacarığı və diqqətlilik
İş şəraiti:
- Həftə ərzində 5 günlük iş qrafiki.
- İş saatı: 09:00-18:00
- Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.