FANCY
Ofis Administratoru (FANCY)
Son tarix 25 apr 2025 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
Müştərilərlə və partnyorlarla iş:
- Müştərilərlə və tərəfdaşlarla ünsiyyətin təşkili
- Sosial şəbəkələrdə mesajlara cavab vermək
- Müştəri rəylərilə işləmək
- Müştəri bazasının aparılması və CRM sistemi ilə işləmək
- Təqdimat və təklif sənədlərinin hazırlanması
Zərgərlik məhsulları ilə iş:
- Zərgərlik məmulatları və zərgərlərlə işləmək
- Zinət əşyalarının bron edilməsi və icarə təqviminin idarə olunması
- Zərgərlik məhsullarının sadə foto çəkilişi və hazırlanması
- Fotosessiyaların/video çəkilişlərin təşkili (modellərlə və fotoqraflarla koordinasiya)
Ofis və sənədlərlə iş:
- Müqavilələrin və təhvil-qəbul aktlarının doldurulması, çapı və skanı
- Ofisdə sənədlərin idarə olunması və təşkilatı
- Hesabatların və siyahıların hazırlanması (müştərilər, sifarişlər, icarə və s.)
- Sadə maliyyə uçotunun aparılması (xərclər və alışlar)
- Ofis/şourumun ümumi təşkilatçılığının və rahat atmosferinin qorunması (musiqi, ətirləndirmə və s.)
Rəqəmsal iş və kreativ tapşırıqlar:
- Veb saytın məlumatla doldurulması və yenilənməsi
- Canva və Microsoft Office proqramlarında işləmək
- Araşdırmalar aparmaq və təşəbbüskar olmaq
- Tədbirlərin və aksiyaların hazırlanmasında iştirak (dekorasiya, təşkilati dəstək)
Ümumi tələblər:
- Azərbaycan dili – əla səviyyədə
- Rus və İngilis dilləri – yaxşı səviyyədə
- Komandada işləmək bacarığı və təşəbbüskarlıq
- Ofislə bağlı digər işlərə çevik yanaşmaq
İş şəraiti:
- Maaş: 600 AZN (Müəyyən müddətdən sonra maaş artımı olacaq)
- İş rejimi: Həftədə 6 gün, saat 11:00 – 20:00
Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: +994 50 777 27 70