Family School
SAT Müəllimi
Son tarix 06 may 2026 - [email protected]
Family School Təlim və Tədris Mərkəzinə SAT Müəllimi dəvət olunur
Tələblər:
- SAT (Math və Verbal) üzrə minimum 2–3 il iş təcrübəsi
- Dərsləri ingilis dilində sərbəst şəkildə tədris etmək bacarığı
- Müxtəlif tip tələbələri idarə etmə və sinifə nəzarət bacarığı
- Mövzuları strukturlaşdırılmış və aydın formada izah etmə qabiliyyəti
- Tələbələrin akademik inkişafına və vaxtın düzgün idarə olunmasına məsuliyyətli yanaşma
- Mehriban, eyni zamanda tələbkar və disiplinli yanaşma
- Tələbələrin dərs zamanı və imtahanlarda köçürməsinin qarşısını alma bacarığı
- Diqqətli, ayıq və məsuliyyətli olmaq
- Aylıq sınaq imtahanları hazırlamaq və təşkil etmək bacarığı
- Etibarlı və aktual SAT materialları ilə işləmə bacarığı
- Tələbə nəticələrini analiz etmək və inkişafı izləmək bacarığı
- Rus dili biliyi üstünlükdür
Vəzifələr:
- SAT Math və Verbal üzrə keyfiyyətli dərslərin keçirilməsi
- Planlı və sistemli dərs proqramının hazırlanması
- Tələbələrin yüksək nəticə əldə etməsi üçün effektiv strategiyaların tətbiqi
- Müntəzəm qiymətləndirmələrin və sınaq imtahanlarının keçirilməsi
- Tələbələrin inkişafını izləmək və fərdi rəy bildirmək
- Sinifdə nizam-intizamlı və məhsuldar mühitin təmin edilməsi
- Akademik dürüstlüyün qorunması və köçürmənin qarşısının alınması
- Tələbələrin həm riyazi düşünmə, həm də ingilis dili bacarıqlarının inkişafına dəstək
Ofis və inzibati işlər:
- Davamiyyət və nəticə hesabatlarının aparılması
- Rəhbərliklə tələbələrin inkişafı barədə müntəzəm məlumat paylaşımı
- İmtahan cədvəllərinin təşkili və akademik planlamada iştirak
- Komanda ilə iclaslarda və təlimlərdə iştirak
- Akademik sənədləşmə və hesabat işlərinin aparılması
- Digər müəllimlərlə koordinasiya və proqram uyğunluğunun təmin edilməsi
Təklif edirik:
- 1500 AZN-dən başlayan əmək haqqı
- Peşəkar və inkişafyönümlü mühit
- Davamlı inkişaf və təlim imkanları
İş qrafiki:
- Həftənin 6 günü
CV-nizi Müraciət Et düyməsində göstərilən e-mailə göndərməyiniz xahiş olunur.














