Fairmont Baku
Satış Direktoru
Son tarix 25 noy 2025 - [email protected]
Əmək funksiyası
- Qonaqpərvərlik sahəsində liderlik nümayiş etdirmək və otel satışının bütün mərhələlərində ardıcıl, yüksək səviyyəli xidmət təmin etmək;
- Qonaqlara təqdim edilən məhsul və xidmətlərin onların gözləntilərinə cavab verməsini və ya bu gözləntiləri aşmasını təmin etmək;
- Müştərilərə sadiq xidmət göstərərək uzunmüddətli münasibətləri inkişaf etdirmək və biznesin artımına nail olmaq;
- İllik biznes planlaşdırması, proqnozlaşdırma, sahibkarlarla görüşlər, sistem təlimləri, hesabatların təhlili, mənfəət və zərərin idarə olunmasında iştirak etmək;
- Müştərilərlə ehtiyaclarını müəyyənləşdirmək üçün görüşlər keçirmək və onların məqsədlərinə uyğun məhsul və xidmətlər üzrə tövsiyələr təqdim etmək;
- Satışların artırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi məqsədilə strategiyaları müzakirə etmək və tədbirlər planı hazırlamaq;
- Rəqiblərin fəaliyyətini monitorinq edərək yeni biznes imkanlarını və mövcud biznesdə təkmilləşmə sahələrini müəyyənləşdirmək;
- Yeni məhsul, xidmət və bazarlara fokuslanaraq satış strategiyalarını hazırlamaq və həyata keçirmək;
- Satış potensialını artırmaq və məhsullara maraq yaratmaq üçün tanıtım tədbirləri təşkil etmək;
- Mövcud sistemlərin və daxili təlimatların təkmilləşdirilməsi istiqamətində təkliflər vermək və həyata keçirmək;
- Büdcə təhlilində, illik büdcə planlarının hazırlanmasında və xərclərin planlaşdırılmasında aktiv iştirak etmək;
- Departament üzrə təlimat və prosedur sənədlərinin hazırlanması, yenilənməsi və işçi heyətin məlumatlandırılması prosesinə rəhbərlik etmək;
- Hər rüb üzrə fəaliyyət planlarını və maliyyə məqsədlərini yeniləmək, müəyyən edilmiş satış hədəflərinə nail olmaq;
- Tədbirlər və qrup rezervasiyaları ilə bağlı məlumatların aidiyyəti şöbələrlə vaxtında və düzgün paylaşılmasını təmin etmək;
- İllik satış hədəflərinə çatmaq üçün effektiv strategiyalar müəyyənləşdirmək və həyata keçirmək;
- Gəlirlərin optimallaşdırılması məqsədilə yerli və dövlət təchizatçıları ilə qarşılıqlı və faydalı tərəfdaşlıqlar qurmaq və inkişaf etdirmək.
Tələblər
- Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunadır)
- Müvafiq vəzifə üzrə təcrübə
- Səlis Azərbaycan,İngilis,Rus dili
- Opera PMS Software, Opera Sales & Catering / Opera Sales Force Automation, Property Manager Microsoft Windows kompüter proqramlarını bilmək.
- Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
- Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
- Dinamik, öyrənməyə həvəsli olmaq
- Yaxşı satış və təqdimat bacarığı olmaq
- Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq
- İdarəetmə sahəsində təcrübə üstünlük təşkil edə bilər.
- Güclü analitik, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.













