Fairmont Baku
Rezervasiya üzrə Nümayəndə
Son tarix 03 yan 2025 - [email protected]
Əmək funksiyası:
- Nömrələrin Rezervasiyası, Qiymət Təklifləri və Otel barədə sualları telefon, faks və ya e-poçt vasitəsi ilə tez və peşəkarcasına cavablandırmaq.
- Rezervasiya interfeyslərini MRS (Mərkəzi Rezervasiya Sistemi) və MMS (Mülkiyyət Menecmenti Sistemi) arasında nəzarətdən keçirmək və yeniləmək.
- Rezervasiya ilə bağlı nömrələrin təsdiq edilməsinin tez və dəqiq qeydiyyatını təmin etmək.
- Otaqlardan gələn gəliri artırmaq məqsədilə Gözləmə siyashısında olan Rezervasiyalara (Waitlisted Reservations) nəzarət etmək və yenidən baxış keçirtmək.
- Xüsusi endirimli təkliflərin yoxlanması, izlənməsi və müxtəlif adiyyatı əməliyyat departamentləri ilə bölüşülməsi.
- Sənədlərin və təsdiqləmə məktublarının gündəlik şəkildə qeydiyyatını aparmaq:.
- Həftəlik Rezervasiya şöbəsinin iclaslarında, gündəlik görüşlərdə və təlimlərdə iştirak etmək;
- Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün onlar barədə birbaşa rəhbərə dərhal məlumat vermək;
- Xarici görünüşünə (geyim qaydalarına) qaydalar üzrə nəzərdə tutulmuş tələblərə əməl etmək;
- Bütün şöbədaxili təlimatları, siyasəti başa düşmək və onlara riayət etmək;
- Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;
- Şöbənin digər əməkdaşlarının işinə köməklik etmək;
- Növbədə olduğu müddət ərzində bütün hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
Tələblər:
- Ali təhsil
- Müvafiq vəzifə üzrə təcrübə (üstünlük verilir)
- Microsoft Windows kompüter proqramlarını bilmək.
- Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.
- Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
- Son dərəcə məsuliyyətli və etibarlı olmaq.
- Diqqətini Qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
- Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək və İngilis, Azərbaycan və Türk dillərində mükəmməl ünsiyyət etmək.
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq