Fairmont Baku
Malların qəbulu üzrə işçi
Son tarix 18 noy 2024 - [email protected]
Əmək funksiyası:
- Otel üçün lazım olan malların qəbuluna görə məsuliyyət daşımaq
- Malları alan zaman onların alış tələbnaməsində qeyd edilmiş tələblərə və standartlara müvafiq bir şəkildə əldə edilməsinə nəzarət etmək
- Tələb yarandıqda, malların sənədləşdirilməsinə və əlaqədar prosedurlara görə də cavabdehlik daşımaq
- Alınmış mallar və ya məhsullar otelə çatdırıldığı zaman və anbara yerləşdirilməmişdən əvvəl onların çəkisini, mövcud olduğu vəziyyətini, keyfiyyətini nəzərdən keçirmək
- Malları qəbul edərkən onların keyfiyyətini və kəmiyyətini təsdiqləyəndə bütün prosedurların alış tələbnaməsində qeyd edilmiş şərtlərə əsasən icra edildiyindən əmin olmaq
- Həmçinin sifarişlər natamam şəkildə və ya sonradan bir də təkrarən çatdırılmış olduqda qeydiyyat aparmaq
- Mallar gətirildikdən sonra onları rəsmiləşdirən zaman hər şeyin alış tələbnaməsində qeyd edilmiş şərtlərə və qaiməyə əsasən icra edimiş olduğuna nəzarət etmək və hər hansısa bir uyğunsuzluq olduğu zaman qeydiyyat aparmaq
- Bütün qəbul edilmiş malları təyinatı üzrə mal qəbulu ərazisində yerləşdirmək
- Malların gətirilmış olduğu ərazinin təmiz və münasib olmasını təmin etmək
- Gündəlik alınan qida və içki sifarişlərinin hesabatlarını tamamlamaq və gündəlik qaimələri mühasibatlıqda təsdiqləmək
- Mallar çatdırıldığı zaman bütün qaimələrin və əlaqədar rəsmi sənədlərin möhürlü olmasını təmin etmək
Tələblər:
- Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır)
- Müvafiq vəzifə üzrə təcrübə
- MC, PR soft, Opera PMS, Word, Excel, Outlook və ya bənzər proqramlar ilə işləmək bacarığı olmaq
- Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
- Son dərəcə məsuliyyətli və etibarlı olmaq.
- Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək
- Səlis Azərbaycan dili, İngilis, Rus dili orta
- İnventar və materialların nəzarətdən keçirilməsi üzrə iş təcrübəsinə malik olmaq
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
- Dinamik, öyrənməyə həvəsli olmaq
- Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq