Express Bank
Müştərilərlə iş üzrə mütəxəssis (Bərdə filialı üzrə)
Son tarix 06 mar 2026 - Müraciət et
Təsvir
- Filiala daxil olan müştərilərin bank daxili qaydalara uyğun qarşılanması;
- Müştərlərin tələbinin müəyyən edilməsi və müvafiq xidmət masasına yönləndirilməsi;
- Müştərilərin müraciətlərinin və sorğularının cavablandırılması;
- Filialda kargüzarlıq işinin təşkil edilməsi;
- Müştərilərə bankın məhsulları haqqında məlumatın verilməsi.
Tələblər
- Ali iqtisadi təhsil;
- Məsuliyyətli, detallara diqqət yetirməli;
- Azərbaycan dilində səlis yazmaq və danışmaq qabiliyyəti, rus dili biliyi arzuolunandır.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- Tibbi sığorta
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Kassir-əməliyyatçı (Bərdə filialı)
Son tarix 06 mar 2026 Müraciət et
Təsvir
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
- Kassa sənədlərinin Mərkəzi Bankın qaydalarına uyğun olaraq tərtib və təmin edilməsi;
- Qaydalara uyğun valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi;
- Mərkəzi Bankdan ,filiallardan və ödəniş terminallarından inkassasiya olunan nağd vəsaitlərin qəbul edilməsi;
- Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsinin həyata keçirilməsi;
- Təcili pul köçürmə əməliyyatlarını həyata keçirilməsi.
Tələblər
- Ali iqtisadi təhsil;
- Azərbaycan dili səlis, rus dili arzu olunandır;
- Müvafiq sahə üzrə iş təcrübəsi minimum 6 ay;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta paketi;
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- professional və maddi inkişaf perspektivləri;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- Həyat Yığım sığortasından istifadə etmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











