Express Bank
Biznes kreditlərin təhlili üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ böyük mütəxəssis
Son tarix 29 okt 2025 - Müraciət et
Təsvir:
- Daxil olmuş sifarişlərə biznesin olduğu yerlərdə baxış keçirmək, bankın daxili prosedur və daxili normativlərinə uyğun olaraq maliyyə və biznes təhlili etmək;
- Təqdimat formalarını, maliyyə hesabatlarını və memorandumlar hazırlanmaq;
- Mövcud bazar risklərini aydınlaşdırılmaq;
- Yekun kredit sifarişini kredit komitəsinə təqdim etmək;
- Müvafiq hesabatlar hazırlamaq.
Tələblər:
- SME, Mikro, kredit təhlili və ya mühasibatlıq sahəsində ən azı 1 il təcrübə;
- Maliyyə təhlili ilə bağlı yüksək bilik və bacarıqların olması;
- Riyazi və analitik düşünmə;
- Bazar və əməliyyat risklərinin müəyyən edilməsi bacarığı;
- Ofis proqramlarında xüsusən Excel-də yaxşı səviyyədə işləmə bacarığı;
- Təqdimat bacarığı;
Əlavə tələblər:
- ACCA F3, F7, CFA və s. maliyyə və muhasibatlıq üzrə sertifikatları olan şəxslərə üstünlük veriləcəkdir.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
İmtiyazlar:
- Tibbi sığorta
- Peşəkar inkişaf imkanları və təlimlər (yerli və xarici)
- Performansdan aslı olaraq illik mükafat
- Professional və maddi inkişaf perspektivləri
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik)
Son tarix 29 okt 2025 Müraciət et
Təsvir
- Mobil və internet bankçılıq məhsullarının biznes tələblərini müəyyənləşdirmək;
- Texniki və biznes komanda arasında vasitəçilik etmək, layihə məqsədlərinin izahını təmin etmək;
- Mobil və internet bankçılıq sistemlərinin və proseslərinin təhlili, təkmilləşdirmə sahələrinin müəyyənləşdirilməsi və həllər təqdim etmək;
- Developerlərlə əməkdaşlıq edərək, mobil və internet bankçılıq sistemlərinin dizaynı və modifikasiyasına dəstək vermək;
- Texniki sənədlərin və istifadəçi təlimatlarının hazırlamasını təmin etmək;
- Test mərhələlərində iştirak edərək həllərin biznes tələblərinə uyğunluğunu təmin etmək;
- API sənədləşdirilməsi və test nümunələrinin hazırlanmasını təmin etmək;
- Mobil bankçılıq və internet bankçılıq layihələrinə aid sənədləşmə üçün Confluence-dan istifadə etmək və aktual məlumatların saxlanılmasını təmin etmək.
Tələblər
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Biznes İdarəçiliyi və ya əlaqədar sahədə ali təhsil;
- Biznes analitika, sistem analizi ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;
- Güclü analitik düşünmə və problem həll etmə bacarıqları;
- Proseslərin sənədləşdirilməsi və biznes analizi vasitələrindən (Visio, Draw.io, UML, BPMN, Activity Diagrams) istifadə bacarıqları;
- Soap, Postman üzrə biliklər;
- Biznes proseslərinin təhlili və optimallaşdırılması üzrə təcrübə;
- Yaxşı kommunikasiya və təqdimat bacarıqları;
- JIRA, Confluence və digər İT layihə idarəetmə vasitələrində təcrübə arzuolunandır;
- Azərbaycan dili – yüksək səviyyədə, ingilis və rus dilləri – yaxşı səviyyədə;
- Bank sektorunda təcrübə üstünlükdür.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə1-2 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- Tibbi Sığorta (işçini əhatə edən)
- Professional və maddi inkişaf perspektivləri
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Peşəkar komanda ilə işləmək fürsəti
- Həyat Yığım sığortasından istifadə etmək imkanı
- Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan məzuniyyət haqqı
- Hibrid iş rejimi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.