Express Bank
Bank kartları üzrə hesablaşmalar bölməsi, aparıcı/böyük mütəxəssis
Son tarix 24 avq 2025 - Müraciət et
Təsvir
- Bank kartları üzrə gündəlik hesablaşma əməliyyatlarının həyata keçirilməsi,
- Kart əməliyyatlarının düzgünlüyünün və vaxtında icrasının təmin edilməsi,
- Kart əməliyyatlarında yarana biləcək problemlərin araşdırılması və həll olunması,
- Kart hesablaşmaları ilə bağlı hesabatların hazırlanması,
- Əlaqədar bölmələrlə və xarici tərəfdaşlarla işgüzar yazışmaların aparılması,
- Müştərilərə kart əməliyyatları üzrə məsləhət və dəstəyin göstərilməsi,
- Daxili prosedur və qaydalara riayət olunmasına nəzarət edilməsi,
- Kart məhsulları və xidmətləri üzrə yeniliklərin tətbiqində iştirak edilməsi.
Tələblər
- Maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil,
- Bank kartları üzrə minimum 2 illik iş təcrübəsi,
- Kart əməliyyatları və hesablaşmalar üzrə biliklər,
- Analitik düşüncə və problemlərin həll etmə bacarığı,
- Komanda ilə işləmək və ünsiyyət bacarıqları,
- MS Office proqramlarında sərbəst işləmək bacarığı,
- Dəqiqlik və məsuliyyətlilik,
- Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- Tibbi sığorta
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Risklərin idarə edilməsi departamenti/Kredit və bazar risklərinin təhlili şöbəsi- Mütəxəssis/Aparıcı mütəxəssis/Böyük mütəxəssis
Son tarix 24 avq 2025 Müraciət et
Təsvir
- Kredit portfelin müəyyən edilmiş risk indikatorları, məhsul, sektor və digər göstəricilər üzrə müxtəlif prizmalardan təhlillərin edilməsi;
- Mümkün risklərin stress test, ssenari təhlilləri və sensitivlik təhlilləri üzərindən qiymətləndirilməsi və bankın kapitalının dayanıqlığının təmin edilməsi üçün təkliflər və fəaliyyət planlarının hazırlanması. (Vintaj, Roll-Rate/Migrasiyası və s.)
- Bankın əsas risk göstəricilərinin izlənməsi və portfelin idarə edilməsini risk iştahası çərçivəsinə uyğunluğu təmin etməklə kommunikasiyaların qurulması və Bankın risk iştahasına uyğun gəlməyən risklərin müəyyənləşdirilməsi və fəaliyyət planlarının hazırlanması;
- Kredit risklərinin təhlili üzrə qaydalar, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanması ilə bağlı təklif verir və bu prosesdə iştirak edir;
- IFRS 9-a uyğun olaraq, aktivlər üzrə ehtiyatların yaradılması üçün kənar audit şirkətinə məlumatların hazırlanması və təqdim edilməsi;
- Bankın aktivlər üzrə prudensial ehtiyatların yaradılması, nəzarəti və dəyişikliklərini proqnozlaşdırır;
- Daxili risk reytinq (scoring) sisteminin dövri əsk-yoxlamalar aparmaqla davamlı inkişaf etdirilməsi təmin etmək.
Tələblər
- Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
- Kredit risklərinin idarə edilməsi sahəsi üzrə təcrübə (Mütəxəssis üzrə min. 1 il / Aparıcı mütəxəssis üzrə min. 2 il / Baş mütəxəssis üzrə min. 3 il);
- Mərkəzi Bankın normativ xarakterli qaydaları və bank məhsulları üzrə biliklərin yaxşı səviyyədə olması;
- Microsoft office proqramları və Oracle SQL proqlamlaşdırma dili üzrə işləmək bacarığı;
- FRM, CFA və ACCA sertifikatlarının olması müsbət qarşılanır;
- Azərbaycan dili səlis, ingilis dili arzu olunandır;
- Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
- Məsuliyyətlilik və dəqiqlik;
- Təhlil, qərarvermə və ünsiyyət bacarıqları.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.