Express Bank
Nağd vəsaitlərin və digər qiymətlilərin saxlanması və uçotu şöbəsi / Kassir
Son tarix 20 iyl 2025 - Müraciət et
Təsvir
- Nağd vəsaitlərin və digər qiymətlilərin saxlanılması, qorunması və uçotunu aparır;
- Nağd vəsaitin Mərkəzi Bank, digər bank, filiallara və şöbələrə müvafiq qaydada göndərilməsini və qəbulunu təşkil edir;
- Expresspay ödəniş terminallarının ödəniş kasetlərini inkassatorlardan qəbul edir və yoxlayır;
- Expresspay ödəniş terminallarının kasetlərindən vəsaiti qəbul edir və çek ilə yoxlayır;
- Bankomatlara yüklənəcək vəsaitləri hazırlayır və inkassatorlara təhvil verir;
- Bankomatlardan gətirilən vəsaiti qəbul edir və bankomat çeki ilə üzləşdirir;
- ABİS-də müvafiq kassa əməliyyatlarını aparır;
- Mərkəzi Banka təhvil verilən vəsaitləri çeşidləyir və formalaşdırır.
Tələblər
- Ali iqtisadi təhsil;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1 ilədək
- Təhsil - Bakalavr
İmtiyazlar
- Bizim üstünlüklərimiz: Tibbi sığorta; Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Biznes xidmət üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 20 iyl 2025 Müraciət et
Təsvir
- ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən fərdi sahibkar və hüquqi şəxslərə yüksək səviyyədə xidmətin göstərilməsi;
- Hüquqi şəxs hesabları üzrə əməliyyatların aparılması;
- Hüquqi şəxslərin xarici köçürmələrinin bankdaxili prosedurlara uyğun icra edilməsi;
- Korporativ müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi/xidmət göstərilməsi;
- Vergi və məhkəmə orqanlarından daxil olmuş sərəncamların reyestrinin aparılması.
Tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazma qabilliyyəti;
- Minimum 6 ay korporativ xidmət təcrübəsi arzuolunandır;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Analitik düşüncə, təhlil etmə və qərarvermə qabiliyyəti.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- Bizim üstünlüklərimiz: Tibbi sığorta; Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.